BAKI, 14 may — Sputnik. Azər Əliyev Avropa Olimpiya Komitəsinin Avropa yeniyetmələrinin Olimpiya Festivalı Komissiyasına üzv seçilib.
Milli Olimpiya Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Avropa Olimpya Komitəsinin 10-12 may tarixlərində Serbiyanın Belqrad şəhərindəki növbəti görüşünə yekun vurulmuşdur. Bununla bağlı 10 may AOK-un İcraiyyə Komitəsinin iclası, 11-12 may tarixlərində isə AOKvə BOK-un 39-cu keçirilib.
Qeyd edək ki, seminar çərçivəsində AOK-un müxtəlif komissiyalarının dörd illik fəaliyyəti yekun vurulduqdan və növbəti dörd il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirildikdən sonra üzvlərinin və rəhbərliyinin seçkisi olub. Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev AOK-un Avropa yeniyetmələrinin Olimpiya Festivalı Komissiyasının üzvü seçilib.