Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Küləyə qalib gələnlər" müəyyən olundu

© Photo : REPORTPaytaxtda “Bakı Marafonu - 2018”
Paytaxtda “Bakı Marafonu - 2018” - Sputnik Azərbaycan
Abunə olmaq
“Bakı Marafonu 2018”-in qadınlar və kişilər arasında qalibləri müəyyənləşib

BAKI, 13 may — Sputnik. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2018”-in qalibi müəyyənləşib.

Sputnik Azərbaycan-ın məlumatına görə, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda marşrutu 1 saat 6 dəqiqəyə qət edən Ukrayna vətəndaşı İqor Qlofrenko birinci olub.

“Bakı Marafonu 2018”-in qadın kateqoriyası üzrə qalibi də müəyyənləşib.

Türkiyəli Çelik Fadimə finişə birinci çatıb. İkinci yerin sahibi ukraynalı Valentina Poltavtikadır. Rusiyadan olan Anastasiya Petrova isə finişə üçüncü çatıb.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.

Xəbər lenti
0