BAKI, 11 may — Sputnik. Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclas zamanı aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Ekalogiya və təbii sərvətlər naziri Muxtar Babayev AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsindən istefası qəbul olunub. AFFA-nın növbəti Konfransına qədər Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.
Topaz Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionat davam etdirilsin. 2018/2019-cu il mövsümündən etibarən əvəzedici komandanın oyunu əsas komandanın oyunundan 1 gün əvvəl keçirilsin.
Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limit aşağıdakı qaydada tətbiq olunsun: 1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-99-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunsun.
AFFA-nın baş katibliyi Birinci Divizionla bağlı İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etsin.
İclasda Azərbaycan milli komandası barədə baş məşqçi Qurban Qurbanovun qısa hesabatı dinlənildi. Lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olundu.