Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Fərdi yaşayış evlərinin sahiblərinə müddət verildi

© Photo : Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətiSumqayıt şəhəri Tuğ zavod qəsəbəsi ərazisindəki fərdi yaşayış evi
Sumqayıt şəhəri Tuğ zavod qəsəbəsi ərazisindəki fərdi yaşayış evi - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı protokollar tərtib olunub və təqsirkar şəxslər cərimə edilib

BAKI, 11 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Dənizə axıdılan çirkab suları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sumqayıtın kanalizasiya suları Xəzərə axıdıldı

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhəri Tuğ zavod qəsəbəsi ərazisindəki fərdi yaşayış evlərində formalaşan çirkab sularının birbaşa Samur-Abşeron magistral kanalına axıdılması faktı aşkar edilib. Araşdırma zamanı çirkab suların sözügedən ərazidə fərdi yaşayış evlərinin sakinləri Dilqəm Vəliyev və Famil Rüstəmov tərəfindən axıdıldığı məlum olub.

Faktla bağlı protokollar tərtib olunub və təqsirkar şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxs qismində 600 manat məbləğində cərimə edilib. Çirkab suların kanala axıdılmaması məqsədilə ərazidə "şambo"ların tikilməsi üçün qanun pozucularına icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

Xəbər lenti
0