BAKI, 10 may — Sputnik. Türkiyə Futbol Federasiyasının (TFF) Professional Futbol İntizam Komissiyası (PFİK) məşhur futbolçu Arda Turanı ağır cəzalandırıb. Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, “Başakşehir” klubunun oyunçusu 16 oyunluq diskvalifikasiya edilib.
Bununla da, Arda Turan futbol sahəsində ən ciddi cəza alanların tarixinə düşüb. Bundan əlavə o, 39 min lirə (təxminən 20 min manat) məbləğində cərimələnib.
Xatırladaq ki, Arda Turan "Başakşehir" – "Sivas" oyunu zamanı hakim qərarından narazı qalaraq, onları söyüb. Qırmızı kart görən Arda hakimlərə xitabən "Şərəfsizlər, Allah bəlanızı versin" deyib və onlara yumruq göstərib. Baş hakim oyunla bağlı hesabatında futbolçunun bu hərəkətini qeyd edib.