Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Google-dan Aşıq Veysələ böyük jest

© Sputnik / Murad OrujovAşıq Veysələ həsr edilmiş Doodle
Aşıq Veysələ həsr edilmiş Doodle - Sputnik Azərbaycan
Abunə olmaq
1894-cü il oktyabrın 25-də Türkiyənin Sivas vilayətində dünyaya gələn Aşıq Veysəlin əsl adı Veysəl Şatıroğludur

BAKI, 25 oktyabr — Sputnik. Özəl günlərə və insanlara aid maraqlı loqolar hazırlayan “Google” şirkəti bu dəfə Aşıq Veysəli yada salıb.

Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, dünyaca məşhur şirkət, bu dəfə ana səhifədəki “Doodle” adlandırılan loqoda ustad aşığı sazda ifa edərkən təsvir edib.

Qeyd edək ki, 1894-cü il oktyabrın 25-də Türkiyənin Sivas vilayətində dünyaya gələn Aşıq Veysəlin əsl adı Veysəl Şatıroğludur. Çiçək xəstəliyi üzündən gözünün birini yeddi yaşında itirən xalq sənətkarı sonradan keçirdiyi qəza nəticəsində digər gözünü də itirərək kor olub. O, Atatürkün ən çox sevdiyi aşıqlardandır. Hətta ozanın şəxsən Mustafa Kamala mahnı oxuduğu bildirilir. Onun ən çox sevilən əsərləri arasında “Uzun incə bir yoldayım” türküsü xüsusilə sevilir.

Xəbər lenti
0