CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qüdrət Həsənquliyev özünə 8 min, Oqtay Əsədova 10 min manat maaş tələb edir

© Photo : APAMillət vəkili Qüdrət Həsənquliyev
Millət vəkili Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat: "Prezident Administrasiyasında şöbə müdirinin əməkhaqqı Milli Məclisin rəhbərliyinin əmək haqqından yüksəkdir"

BAKI, 4 may — Sputnik. "Bu artım yetərli deyil. Ona görə ki, ölkədə devalvasiya baş verib, əmək haqqı vətəndaşların ləyaqətli həyatını təmin etməlidir. Dövlət qulluqçuları, ali hakimiyyət orqanlarının təmsilçiləri başqa qazanc və gəlirlər barədə düşünməməlidirlər. Əməkhaqqı ilə öz ailələrini layiqincə təmin etməlidirlər. Region ölkələrindən əməkhaqqına görə geri qalırıq".

Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Deputatların, hakimlərin və Ombudsmanın maaşı artırıldı

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların maaşlarının artırılmasının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, Azərbaycanda bəzi qonşu dövlətlərə nisbətən əmək haqları bir neçə dəfə aşağıdır.

"Prezident Administrasiyasının işçilərinin nə qədər maaş aldıqlarını bilmirəm, bu barədə məlumat verilsəydi, yaxşı olardı. Bizə verilən məlumata görə, hətta orada şöbə müdirinin əməkhaqqı Milli Məclisin rəhbərliyinin əmək haqqından yüksəkdir. Düşünürəm ki, spiker 10 min, deputat isə 8 min manat maaş almalıdır", — Q.Həsənquliyev vurğulayıb.

Milli Məclisin sədri Oqtay Əsədov isə bu yanaşmanın yanlış olduğunu bildirib. O qeyd edib ki, Q.Həsənquliyevin dedikləri doğru deyil.

Xəbər lenti
0