Tramp ABŞ-ın 17 ştatında məhkəməyə verildi

© AP Photo / Susan WalshDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp avtomobillər üçün ekoloji tələbləri azaltmaqda günahahlandırılıb

BAKI, 3 may — Sputnik. Kaliforniya və ABŞ-ın daha 16 ştatı prezident Donald Tramp Administrasiyasını məhkəməyə verib. Sputnik Azərbaycan "Deutsche Welle"yə istinadən xəbər verir ki, Tramp avtomobillər üçün ekoloji tələbləri azaltmaqda günahahlandırılıb.

Kaliforniyanın Baş Prokuroru Ksavye Besserra qeyd edib ki, söhbət Tramp Administrasiyası ilə konflikt axtarmaqdan getmir: "Bu məsələdə insan sağlamlığı və ABŞ iqtisadiyyatına təsir edə biləcək xeyli nüanslar var".

Donald Tramp - Sputnik Azərbaycan
Tramp təhdid etdi, razılaşmadan geri çəkiləcək…

Öz növbəsində, Kaliforniya qubernatoru Cerri Braun isə ABŞ Ətraf mühitin qorunması üzrə Agentliyin (EPA) rəhbəri Skott Pruiti qanunvericiliyi pozmaqda və uşaqların həyatını təhlükəyə məruz qoymaqda ittiham edib. Braunun sözlərinə görə, Pruitt və Tramp insanların daha çox benzin almasını və ətraf mühiti daha çox çirkləndirmələrini istəyir.

Ağ Ev məsələni şərh etməkdən imtina edib və öncə Kolumbiya dairəsində məhkəməyə verilən iddia ərizəsini öyrənəcəyini bildirib.

Xəbər lenti
0