Uşaq bağçalarına qəbul qaydaları dəyişdirilir

© AZƏRTACМехрибан Алиева приняла участие в открытии яслей-детского сада номер 226 в поселке Пиршаги
Мехрибан Алиева приняла участие в открытии яслей-детского сада номер 226 в поселке Пиршаги - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı dəyişikliyin edilməsi təklif edilir

Bakı, 2 may — Sputnik. Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Təhsil haqqında" qanuna dəyişikliklər müzakirə olunub. Sputnik Azərbaycan-ın APA-a istinadən verdiyi məlumata görə, komitə rəhbəri İsa Həbibbəylinin sədrliyi ilə keçirilən iclasda müzakirə olunan layihədə uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı dəyişikliyin edilməsi təklif edilir.

Virtual pul vahidi bitkoin - Sputnik Azərbaycan
Uşaq bağçası ödəməni virtual valyuta ilə qəbul etməyə başladı

İ.Həbibbəyli bildirib ki, "Təhsil haqqında" qanununun mövcud variantına əsasən məktəbəqədər təhsil 3 yaşından başlayır: "Amma uşağı 3 yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəməyə başlamaq məqsədilə "Məktəbəqədər qədər təhsil haqqında" qanunda məktəbəqədər təhsilin 1 yaşından başlanılmasına qərara alınıb. Dünyada hətta 2-3 aylıq uşaqların bağçalara verilməsi faktı var. Amma Azərbaycanda reallıq budur ki, uşaq 1 il ana tərbiyəsi almalıdır. Biz "Təhsil haqqında" qanunda da uşaqların 1 yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik".

İclasda "Məktəbəqədər təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədilə "Təhsil haqqında" qanuna, Əmək Məcəlləsinə, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Dövlət qulluğu haqqında", "Yanğın təhlükəsizliyi haqqında" qanunlarına dəyişikliklərin edilməsi təklif edilir.

Layihə plenar iclasa tövsiyə olunub.

Xəbər lenti
0