Uşaq bağçası ödəməni virtual valyuta ilə qəbul etməyə başladı

© REUTERS / Benoit Tessier / illüstrasiyaVirtual pul vahidi bitkoin
Virtual pul vahidi bitkoin - Sputnik Azərbaycan
Abunə olmaq
Nyu-York şəhərində yerləşən "Montessori" uşaq bağçaları bundan sonra ailələrdən virtual pul vahidi olan bitkoin ilə ödəməni qəbul edə biləcəklərini açıqlayıb

BAKI, 1 iyul — Sputnik. ABŞ-ın Nyu-York şəhərində yerləşən "Montessori" bağçaları bundan sonra ailələrdən virtual pul vahidi olan bitkoin ilə ödəməni qəbul edə biləcəklərini açıqlayıb.

Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, bu bağçalar ailələrdən gələn tələblər üzərinə iyun ayından etibarən bitkoin ilə ödəmə seçimini də bura əlavə edib.

"Montessori" bağçalarının qurucusu və idarəedicisi Marco Ciocca 300 uşağın olduğu bağçada indiyədək 10 valideynin bitkoin ilə ödəmə etdiyini açıqlayıb. O, bitkoinin istifadəsinin gələcəkdə daha çox artacağını təxmin edir.

London və Yunanıstanda da çoxlu sayda universitet bitkoin ilə ödəməni qəbul edir.

İlk dəfə 2010-ci ildə həqiqi bir ödəniş vasitəsi olaraq istifadə edilməyə başlayan bitkoinin dəyəri bu ilin əvvəlindən bəri iki qat artaraq 2 min 500 dollara qədər yüksəlib.

Daha əvvəl bitkoinə investisiya etmiş ailələr, 31 min dollar olan bağça ödənişində qabağa düşmüş ola bilərlər.

Xəbər lenti
0