CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlara aşağı faizli spesifik kredit verilməsi təklif olunur

© Sputnik / Fuad HasanovBakının mərkəzində ərəb tursitlər
Bakının mərkəzində ərəb tursitlər - Sputnik Azərbaycan
Abunə olmaq
"Vətəndaşların ölkə turizmindən yararlanmaq arzularını maddi imkanlarının azlığı reallaşdırmağa imkan vermir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 30 aprel — Sputnik. Azərbaycanın coğrafi iqlimi bir çox turizm növünün inkişafı üçün əlverişlidir. Qışda dağlarda və dağətəyi zonalarda qış turizmi, müalicəvi resursların mövcudluğu, meşə massivinin şimal və cənub-şərq hissədə özünəməxsusluğu, təbii qoruqlar, nadir ağac və heyvan növləri turizmin inkişafı üçün bütün imkanları ehtiva edir. Şabranda, Qalaaltında, Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq ətəklərində termal bulaqlar, palçıq vulkanları, Naftalanın müalicəvi nefti Azərbaycanda müalicəvi turizmin inkişafı üçün geniş imkanlar yaradır.

Bakıda turistlər - Sputnik Azərbaycan
Mayda Bakıya Rusiyadan turist axını olacaq

Azərbaycanın turizmdə rəqabət apardığı coğrafiyada əsas yeri Rusiyanın Qara dəniz və Şimali Qafqazdakı turizm müəssisələri, Türkiyənin Aralıq dənizi sahilindəki turizm mərkəzləri və Gürcüstanın Qara dəniz sahilləri tutur. Bu siyahıda Qazaxıstan, Birləşmiş Ərəb Əmirliyi və İran da var. Belə rəqabət mənzərəsində uğur qazanmaq üçün uzunmüddətli və dayanıqlı turizm siyasətinə ehtiyac var.

Maraqlıdır, hazırda ölkədə turizmin vəziyyəti necədir?

Turizm eksperti Ramin Zamanovun Sputnik Azərbaycan-a şərhinə görə, bu il ölkədə qış turizmi ötən illərlə müqayisədə daha yaxşı olub: "Sevindirici haldır ki, gələn turistlərin çox hissəsi qış turizmi ilə bağlı gəlib. Qeyd edim ki, əvvəllər bu say çox az olurdu və yerli əhali çoxluq təşkil edirdi. Amma bu il məhz qış turizmi ilə bağlı ölkəyə gələn turistləri sevindirici amil kimi göstərmək olar".

R.Zamanov qeyd edir ki, qonşu İrandan gələn turistlərin sayında kəskin azalma müşahidə edilsə də, bu, ümumi ab-havaya təsir etməyib: "Çünki Azərbaycana bir yox deyil, bir neçə ölkədən davamlı turist axını var. Bakı, demək olar ki, son dövrlərin trend şəhərə çevrilib. Hazırda Ərəbistan yarımadasındakı ölkələrdən Azərbaycana axın intensivdir. Buna misal olaraq Səudiyyə Ərəbistanını, Küveyti, Qətəri, Omanı göstərmək olar. Son dövrlər İordaniyadan da ölkəmizə böyük bir maraq yaranıb".

Həmsöhbətimiz bildirir ki, son dövrlər Hindistan əhalisinin də ölkəmizə marağı müşahidə edilir: "Azərbaycana Dehlidən, Mumbaydan böyük qruplar gəlir. Onlar Bakı haqqında məlumatlar eşidir və görmək üçün gəlirlər. Bakıya daha çox Yaxın və Uzaq Şərq ölkələrindən maraq artıb".

"Avropa ölkələrindən isə bu proses sistemli şəkildə təşkil olunur. Bu turlar 12-6 ay əvvəl təyin edilir. Buna görə də Avropadan olan turlar adətən qışda müəyyənləşdirilir. Ancaq Şərq ölkələrində belə deyil. Hətta 10 gün öncə belə, böyük qrupların sifarişlərini almaq mümkündür", — ekspert deyir.

Машина пожарно-спасательной службы 112 Тбилиси, фото из архива - Sputnik Azərbaycan
İranlı turistlərin qaldığı hoteldə yanğın olub

Turizm eksperti Rəşad Bayramov isə Sputnik Azərbaycan-a danışır ki, Azərbaycanda turizm günlərinin sayının az olması sahibkarlar üçün problem yaradır: "Belə ki, bir çox obyektlər ancaq 2-3 ay işləyir və illik büdcə xərclərinin hamısını yayın üstünə salırlar. Bahalığın bir səbəbi də, məhz budur. 11 iqlim qurşağının 9-u ölkəmizdə olsa da, ilboyu turizm zəifdir. Qış turizmi hələ də yetərincə inkişaf etməyib".

Bayramov düşünür ki, turizm ilin 4 fəslinə uyğun qurulsa, turist sayında artım olar: "Azərbaycan hər fəsildə gözəl olduğu üçün burada yay-qış turizm müəyyən səviyyədə inkişaf edib. Lakin qış aylarında istirahət etmək üçün hotellərdəki şərait əlverişsiz olduğu üçün daha çox yay turizminə üstünlük verilir. Qış turizmi üçün isə, əsasən, Qəbələ və Qusar rayonları seçilir. Burada Tufandağ və Şahdağ komplekslərində istirahət etmək mümkün olur. Yay fəslində isə, Quba, Qusar, Qax, Zaqatala, Qəbələ, Göygöl ümumiyyətlə bir çox rayonları əlverişlidir".

Ekspertin fikrincə, turizmə sərmayə qoyuluşu artsa, işlər düzgün qurulsa, neftdən gələn gəlirləri turizm əvəz edə bilər: "Turizmin hüquq baza sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, viza rejimini qarşılıqlı şəkildə asanlaşdırmaq üçün bir sıra ölkələrlə əməkdaşlığı artırmaq, regionlarda azad iqtisadi zonaların yaradılması istiqamətində təhlillər aparmaq lazımdır".

"Vətəndaşların ölkə turizmindən yararlanmaq arzularını, təbii ki, bəzi hallarda maddi imkanlarının azlığı daha geniş şəkildə reallaşdırmağa imkan vermir. Ona görə də turizmlə bağlı bankların yaranması və onların aşağı faizli turizm kreditləri verməsi təşkil olunmalıdır", — deyə R.Bayramov vurğulayır.

Xəbər lenti
0