BAKI, 6 aprel — Sputnik. Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Kiyev küçəsində yerləşən binada yanğın olub. Əvvəllər fərdi ev olan həmin bina hazırda hotel kimi fəaliyyət göstərir.
Sputnik Gürcüstan xəbər verir ki, yanğın zamanı hoteldə iranlı turistlər olub. Onlardan biri xəsarət alıb.
Qeyd edək ki, yanğın zamanı 200 kvadrat metrlik sahə və evin damı yanıb.