BAKI, 29 aprel — Sputnik. Formula 1 Azərbaycan Qran-Prisində maraqlı anlar davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, nəfəskəsici yarışda “Mercedes”in pilotu Valtteri Bottas liderliyi qoruduğu halda son 3 dövrədə qəfil təkərinin sıradan çıxması ilə yarışı dayandırmaq məcburiyyətində qalır. Bu da liderliyi onun komanda yoldaşı Luis Hamiltona verib.
Qeyd edək ki, yarışın bitməsinə son 3 dövrə qalıb və yarışı 13 pilot davam etdirir.