Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda Formula 1 yarışları daha 5 il keçirilə bilər - RƏSMİ

© Photo : пресс-служба BCCПромоутер "Гран-при Азербайджана "Формулы-1" Ариф Рагимов в ходе выставки Autosport International Show
Промоутер Гран-при Азербайджана Формулы-1 Ариф Рагимов в ходе выставки Autosport International Show - Sputnik Azərbaycan
Abunə olmaq
Arif Rəhimov: "Azarkeşlərin Azərbaycan Qran-Prisinə maraqları böyükdür"

BAKI, 29 aprel — Sputnik. İyun ayında Azərbaycan Qran-Prisinin təşkilatçıları qərar verməlidirlər. Belə ki, Formula 1 Azərbaycan Qran-Prisinin  Azərbaycanda keçirilməsi 2020-ci ildə bitir. Müqaviləni daha 5 il artırılıb–artırılmamasına təşkilatçılar qərar verməlidir. 

“Force India” komandasının pilotu Eseteban Okon ilə  “Williams” komandasının pilotu Sergey Sirotkin qəza törədib - Sputnik Azərbaycan
İDMAN
Pilotlar bir-bir yarışı tərk edir

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov bildirib.

O deyib ki, Azərbaycan tərəfi yarışı keçirmək üçün xərclərin çox olduğunu nəzərə alaraq ödənişləri azaltmaq istəyir: "Müqavilə şərtlərini müzakirə edən zaman pul məsələsi danışılan şərtlərdən sadəcə biridir. Bir neçə belə məsələlər müzakirə olunur. Bir tərəfdən Formula 1–in Azərbaycanda keçirilməsinin davamlı olmasını istəyirik, digər tərəfdən də anlayırıq ki, bu yarış üçün lazım olandan daha çox pul ödəyirik. Ona görə də biz ortaq məxrəcə gələcək bir qərar qəbul etməyə çalışırıq. Düşünürəm ki, Formula 1 bizim üçün çox şey edib. Amma bildiyimə görə bu layihə nəinki bizim üçün, elə Formula 1 üçün də maraqlıdır. Eyni zamanda azarkeşlərin də Azərbaycan Qran-Prisinə maraqları böyükdür. Bizə Azərbaycanda Formula 1 yarışı keçirmək çox xoşdur".

Xəbər lenti
0