BAKI, 28 aprel — Sputnik. 2018 Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turuna start verilib. Sputnik Azərbaycan xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.
“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Sergey Sirotkin və Lans Stroll yarışırlar. “Red Bull Racing” komandasında Daniel Rikkardo, Maks Ferstappen, “Force India”da Eseteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hulkenberq ilə Karlos Sainz mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Brendon Hartli və Pyer Qasli, “Sauber”də Markus Eriksson, Çarles Lekler, “McLaren”də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.
Yürüş iştirakçıları 1 saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışacaqlar.
Sıralama turunun nəticəsindən asılı olaraq Azərbaycan Qran-Prisinin həlledici mərhələsinin start düzülüşü müəyyənləşəcək.
Qeyd edək ki, aprelin 29-da Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.