Moskvadan dönən Karapetyan Paşinyanın təklifini rədd etdi: "İnqilab"ın qürubu...

© Sputnik / Asatur YesayantsПресс-конференция Никола Пашиняна (24 апреля 2018). Гостиница Marriott Armenia, Ереван
Пресс-конференция Никола Пашиняна (24 апреля 2018). Гостиница Marriott Armenia, Ереван - Sputnik Azərbaycan
Abunə olmaq
Ehtimal var ki, Moskva "stavka"nı Paşinyana yox, məhz Karapetyana etməyə qərar verib

BAKI, 27 aprel — Sputnik. Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyan "Mənim addımım" etiraz hərəkatının lideri Nikol Paşinyanla danışıqlardan imtina edib. Sputnik Ermənistan-ın məlumatına görə, bunu Karapetyanın mətbuat katibi Aram Araratyan bildirib.

A demonstrator waves an Armenian flag - Sputnik Azərbaycan
Ermənistanda ümumi itaətsizliyə və yeni etirazlara çağırış edildi

Məlumatda qeyd olunur ki, Paşinyanın növbəti dəvəti əvvəlkindən heç nə ilə fərqlənmir. Karapetyanın da cavabı eynilə əvvəlki kimidir. "Bir tərəfin istisnasız olaraq gündəmi diktə etdiyi, digər tərəfinsə öz fikrini ifadə edə bilmədiyi danışıqlar baş tuta bilməz" — deyə Araratyan bildirib.

Karapetyan o fikirdədir ki, kameralar qarşısında keçirilən görüş, bəri başdan artıq hansısa nəticənin əldə edilməməsi deməkdir. Baş nazir səlahiyyətlərini icra edən şəxs həll yolunun tapılma ehtimalı olmayan danışıqları perspektivsiz hesab edir.

Karapetyanın firkincə, Paşinyan respublika prezidentinin təkliflərini qəbul edərək, bütün parlament və parlamentdənkənar qüvvələrin mövcud vəziyyətdən çıxış yolunun tapılması üçün birgə müzakirələr aparmasına razılaşmalı idi.

Qeyd edək ki, Paşinyan 26 aprel mitinqində çıxış edərkən Karapetyanı növbəti dəfə Armenia Marriott hotelində görüşə dəvət edib. Həmin görüş bu gün saat 12:00-a təyin edilmişdi. Erməni ekspertlər Karapetyanın son Moskva səfərindən sonra Paşinyanın bütün təkliflərini geri çevirməsində qeyri-adi nəyinsə olduğunu bildirirlər. Ehtimal var ki, Moskva "stavka"nı Paşinyana yox, məhz Karapetyana etməyə qərar verib. Odur ki, bir müddət sonra Paşinyan proseslərdən kənarlaşdırılacaq.

Bu arada Paşinyan "Daşnaksütyun" Erməni İnqilab Federasiyasının üzvləri ilə görüşüb. Bu barədə Paşinyan özünün "Facebook" səhifəsində məlumat verib.

"Dünən axşam "Daşnaksütyun" EİF-in Ali Orqanının nümayəndəsi Arsen Ambarsumyan və parlament fraksiyasının rəhbəri Armen Rustamyanla görüşdük. Ermənistandakı daxili siyasi vəziyyəti və mümkün həll yollarını müzakirə etdik" — Paşinyan yazıb.

Xatırladaq ki, kütləvi etiraz aksiyaları nəticəsində Ermənistanın baş naziri Serj Sarqsyan istefa verib. Onunla bilrikdə hökumət də buraxılıb. Baş nazirin səlahiyyətlərini müvəqqəti olaraq baş nazirin müavini Karen Karapetyan icra edir. Müxalifət isə Respublika Partiyasının bütünlüklə hökumətdən və hakimiyyətdən getməsini tələb edir.

Xəbər lenti
0