İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 25 aprel — Sputnik. Goranboy rayonunun Qaradağlı kəndində ilanların 3 ildir əsarətdə saxladığı evin "çağırılmamış qonaqları" yenidən aktivləşib. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə ev sahibi Şahin Muxtarov məlumat verib.
O bildirib ki, havaların hələ də soyuq olmasına baxmayaraq, həyətdə 10-dan artıq ilanla rastlaşıb. Onun sözlərinə görə, ilanlardan 6-nı öldürmək mümkün olub. Ötən gün öldürülən ilanın uzunluğu isə 1,4 metr olub.
Ev sahibi evin müəyyən hissələrində dərmanlama işləri aparsa da, sürünənlərin əl çəkmədiyini və günbəgün daha böyük ilanların gəldiyini deyib: "Hələ yaz fəslidir, evdə və həyətdə 10-dan çox ilan görünüb. Yayda buna daha çox rast gələcəyimizdən qorxuruq".