CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman parlamentdə əhalini narahat edən məsələləri dilə gətirdi

© Sputnik / Murad OrujovОмбудсмен Азербайджана Эльмира Сулейманова
Омбудсмен Азербайджана Эльмира Сулейманова - Sputnik Azərbaycan
Abunə olmaq
Elmira Süleymanova: "Hər bir vəzifəli şəxs və məmur öz işini müasir çağırışlara, yeni tələblərə və innovativ yanaşmalara uyğun qurmalıdır"

BAKI, 24 aprel — Sputnik. Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2017-ci il üzrə illik məruzəsi dinlənilib.

Naxçıvan şəhəri - Sputnik Azərbaycan
Naxçıvan Muxtar Respublikası ilə bağlı gözlənilən dəyişiklik edildi

Sputnik Azərbaycan xəbər verir ki, Elmira Süleymanova bazar iqtisadiyyatının inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsi sahəsində dayanıqlığın təmin edilməli olduğunu deyib: "Bu məqsədlə azad sahibkarlığın inkişafına real təminatlar verilməsi üçün haqsız rəqabətə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə xidmət edən tədbirlər davam etdirilməlidir. Korporativ məsuliyyət məsələsinə diqqətin ayrılması, əhalinin qayğıya ehtiyacı olan qrupların hüquqlarının müdafiəsində daha səmərəli fəaliyyət göstərən sahibkarlara münasibətdə həvəsləndirmə tədbirlərinin tətbiqi də zəruridir".

"Vətəndaşların rifah halının təmin edilməsi məqsədilə ərzaq təhlükəsizliyinin təmin edilməsi, şəffaflığın artırılması, inhisarçılığa və haqsız rəqabətə qarşı mübarizənin, habelə istehlak qiymətlərinə nəzarətin gücləndirilməsi və süni bahalaşma meyllərinin qarşısının alınması üzrə tədbirlər də ciddiləşdirilməlidir" — ombudsman bildirib.

"Vətəndaşların dövlət orqanlarına müraciətlərinə diqqətlə yanaşılması, məmurların öz səlahiyyətlərindən sui-istifadə etməsi hallarına son qoyması, insanların problemlərinin həllinə istiqamətlənmiş tədbirlər görülməsinə səy göstərilməsi, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət edilməsinə diqqət gücləndirilməlidir" — deyə E.Süleymanova vurğulayıb.

O, əlavə edib ki, şikayətlərdə əks etdirilmiş halların yoxlanılması məqsədilə Müvəkil tərəfindən aidiyyatı dövlət qurumlarına göndərilən sorğulara bəzi hallarda Konstitusiya qanunu ilə müəyyən edilən müddətdə və mahiyyəti üzrə cavab verilməyib: "Bu da vətəndaşların hüquqlarının pozulmaqda davam etməsinə, habelə Müvəkkilə və digər mərkəzi dövlət qurumlarına təkrar şikayətlərinə səbəb olub".

"Odur ki, hər bir vəzifəli şəxs və məmur öz işini müasir çağırışlara, yeni tələblərə və innovativ yanaşmalara uyğun qurmalıdır. Bütün səylər insan rifahının yüksəldilməsinə və sosial proqramların icrasına yönəldilməlidir" — Süleymanova diqqətə çatdırıb.

Xəbər lenti
0