Naxçıvan Muxtar Respublikası ilə bağlı gözlənilən dəyişiklik edildi

© Sputnik / StringerNaxçıvan şəhəri
Naxçıvan şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilib

BAKI, 24 aprel — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununa (İkinci səsvermə) baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişikliklərə əsasən, 8-ci maddə aşağıdakı redaksiyada verilir: "Maddə 8. Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ 

1. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

2. Məhkəmələr tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Milli Məclis bir sıra dəyişiklikləri müzakirəyə çıxardı

3. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.".

Digər dəyişikliklə, 15-ci maddənin I hissəsində "yaşı 25-dən aşağı olmayan" sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan" sözləri ilə əvəz edilib.

Digər bir dəyişikliklə 19-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və həmin bəndə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə olunub: "6) bu Konstitusiyanın 23-cü maddəsinin III hissəsinin tələbini pozduqda; 7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.".

Digər dəyişikliklə, 29-cu maddənin II hissəsindən "Yaşı otuzdan aşağı olmayan," sözləri çıxarılıb.

41-ci maddənin mətni aşağıdakı redaksiyada verilib:

"Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.".

43-cü maddənin III hissəsində "Azərbaycan Respublikasının Konstitusiyası" sözləri "Konstitusiya" sözü ilə əvəz olunub.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0