CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın ən böyük bəlasının tapıldığı gün

© Photo : GETTY IMAGESQİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu
QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu - Sputnik Azərbaycan
Abunə olmaq
AİDS/QİÇS - Qazanılmış İmmunçatışmazlığı Sindromudur

BAKI, 23 aprel — Sputnik. Bu gün dünyanın ən böyük bəlasından biri olan Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (ing: AIDS,Acquired Immune Deficiency Syndrome) səbəb olan virusun tapıldığı gündür.

İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsi. QİÇS-in təzahür formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.

QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu - Sputnik Azərbaycan
SƏHİYYƏ
QİÇS Azərbaycanda təhlükəli xəstəliklər siyahısından çıxarılacaq?

HİV (İİV) pozitiv olması QİÇS olmaq demək deyil. Vaxtında aşkarlanıb müalicə alındığı tədqirdə bu xəstəliyə qalib gəlmək olar. HİV ölümcül deyil! HİV xroniki xəstəlikdir (misal üçün: şəkər xəstəliyi kimi), insanı ömür boyu tərk etmir, amma effektiv müalicə və sağlam həyat tərzi olduğu təqdirdə bu xəstəliyi latent səviyyədə, yəni simpton səviyyəsində saxlamaq mümkündür.

İİV qana yoluxduqdan sonra uzun illər əlamətlər müşahidə edilməyə və insan özünü yaxşı hiss edə bilər. Bəzi hallarda İİV ilə yoluxmuş şəxsin 8 yaxud 10 il arası QİÇS-ə tutulmadığı görülmüşdür. Yoluxma baş verdikdən ən az 3 ay sonra aparılan ELISA testləri ən doğru nəticəni göstərir.

İİV —insanın immunçatışmazlığı virusudur.

İİV insanı müxtəlif infeksiyalardan və bəd xassəli şişlərdən qoruyan immun sisteminə təsir göstərir.

İİV immun sisteminin müəyyən (CD4 adlanan) hüceyrələrini zədələyir. CD4 hüceyrələrinin qanda miqdarının azalması immun sisteminin zədələnmə dərəcəsi və xəstəliyin mərhələsi haqqında məlumat verir. İİV-infeksiyası ləng gedən infeksiyalarına aiddir.

İİV-ə yoluxmadan sonra ilk illər ərzində insanın immun sistemi virusa qarşı müqavimət göstərə bilir.

QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu - Sputnik Azərbaycan
SƏHİYYƏ
QİÇS təhlükəli xəstəliklər siyahısından çıxarılır

Yoluxma anından, spesifik kliniki əlamətlərin birüzə verilməsinə qədər olan dövr bir neçə il (orta hesabla 6-10 il) davam edə bilər. İİV-lə yaşayan bəzi insanlarda, klinik əlamətlər hətta 20 və daha çox il aşkar olunmur. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyətindən, müvafiq olaraq — immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub-olmamasından və ümumiyyətlə insanın öz həyatına və diaqnozuna münasibətindən asılıdır.

Zaman keçdikcə virusun və orqanizmin mübarizəsi immun sistemin zəifləməsinə gətirib çıxarır və opportunistik adlanan bir çox infeksiyalara (vərəm, pnevmosist pnevmoniya və s.) və bədxassəli şişlərə (sarkoma Kapoşi, limfomalar) qarşı insanın həssaslığı artır.

AİDS/QİÇS — Qazanılmış İmmunçatışmazlığı Sindromudur.

Xəbər lenti
0