Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

QİÇS Azərbaycanda təhlükəli xəstəliklər siyahısından çıxarılacaq?

© Photo : GETTY IMAGESQİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu
QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Adil Qeybulla: "Bizə gələn QİÇS infeksiyasının böyük əksəriyyəti Rusiyanın payına düşür. Bizim gənclər Rusiyadan bu infeksiyanı Azərbaycana gətirirlər"

BAKI, 12 iyul — Sputnik. Bir neçə gün əvvəl QİÇS virusunun təhlükəli xəstəliklər siyahısından çıxarıldığı barədə xəbər vermişik. Məlumatı Avstraliyadan olan elm adamları açıqlayıblar. Onlar bu durumu, hələ ki ancaq öz ölkələrinə aid ediblər.

QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu - Sputnik Azərbaycan
SƏHİYYƏ
QİÇS təhlükəli xəstəliklər siyahısından çıxarılır

Avstraliyada bu xəstəliyin təhlükəli həddə olmadığını deyən tibb mütəxəssisləri hesab edirlər ki, artıq bu xəstəliyin nəzarətdə saxlanmasına ehtiyac qalmayıb: "İnsanlar buna müalicəsi olan xəstəlik kimi baxırlar. QİÇS-ə yoluxanlar müalicə alırlar və xəstəlikdən xilas olurlar".

Alimlərin sözlərinə görə, hazırda QİÇS-ə səbəb olan HİV-lə mübarizə davam edir: "QİÇS, əsasən səbəbi müəyyən edilməmiş HİV-ə yoluxma zamanı ortaya çıxır. Bu xəstəliyin müalicəsi zamanı qəbul edilən dərman preparatlarının tərkibi və keyfiyyəti önəmlidir. HİV-ə yoluxan xəstələr bu dərmanlar sayəsində uzun ömür yaşayırlar və ölüm təhlükəsindən uzaq olurlar".

Avstraliyanın QİÇS-lə Mübarizə Federasiyası hesab edir ki, xəstəliklə mübarizədə ölkələrin əməkdaşlığı vacibdir: "Avstraliyada görülən tədbirlər sayəsində müsbət nəticə əldə etmək mümkün olub".

Bəs Azərbaycanda necə? QİÇS xəstəliyi hələ də təhlükəli xarakter daşıyırmı? Bu virusla mübarizə necə aparılır? Müalicə ilə birdəfəlik xilas olmaq mümkündürmü?

Sputnik-in suallarını cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, QİÇS-ə qarşı effektiv dərman preparatları hazırlanıb və bu dərmanlar həm ömrü uzadır, həm də həyatı sağlamlaşdırır: "Hal-hazırda mövcud olan preparatlarla həyatın keyfiyyətinin yaxşılaşdırılması və ömrün uzadılması məsələlərində xeyli irəliləyiş var. Artıq bu infeksiya təhlükəli infeksiyalar sırasından çıxarılıb. 4 karantin infeksiyasından biri olan təbii çiçək də zamanında vaksinasiya hesabına bu siyahıdan çıxarılıb".

© MeydanTVSəhiyyə eksperti Adil Qeybulla
Səhiyyə eksperti Adil Qeybulla - Sputnik Azərbaycan
Səhiyyə eksperti Adil Qeybulla

"İndi onun yerini qrip əvəz edir. Bu cür proseslər elmin inkişafı boyu həyata keçirilir. Bütün subtitırlara qarşı effektiv dərman preparatları hazırlanıb. Onlar həm ömrü uzadır, həm həyatın keyfiyyətini yaxşılaşdırır", — mütəxəssis bildirib.

Professor qeyd edib ki, Azərbaycanda da bu dərmanlardan var və dövlət xətti ilə xaricdən gətirilir.

O, ölkəmizdə QİÇS xəstəliyinin təhlükə siyahısından çıxarılmamasını isə belə izah edib: "Biz də Ümumdünya Səhiyyə Təşkilatı və digər təşkilatların təklifləri əsasında fəaliyyət göstəririk. Yəqin ki, bizdə də bu cür adekvat qərar olmalıdır. Amma mən hesab edirəm ki, QİÇS infeksiyası istənilən halda daim diqqət mərkəzində olmalıdır. Bunun yayılması, yoluxma hallarının qarşısının alınması üçün maksimum tədbirlər görülməlidir. Bu infeksiyanı qulaqardına vurmaq mümkün deyil. Biz kiçik ölkəyik, əhalimiz də azdır. Ona görə daha diqqətli olmalıyıq".

"Azərbaycanda 3 milyona yaxın insan miqrasiya durumundadır. Ölkədən kənara çıxırlar, gəlirlər. Bizə gələn QİÇS infeksiyasının böyük əksəriyyəti Rusiyanın payına düşür. Bizim gənclər Rusiyadan bu infeksiyanı Azərbaycana gətirirlər. Bu gün ayrı-ayrı ailələrdə QİÇS infeksiyasının olması faktları var", — mütəxəssis qeyd edib.

A. Qeybulla, maarifləndirmə baxımdan televiziya və digər KİV-lərin fəaliyyətini isə yetərsiz sayıb: "Bizim televiziya kanallarımız mənasız, lüzumsuz verilişlərin yerinə arada maarifləndirici, sosial videoçarxlar da yayımlasalar, yaxşı olar. Bunlar çox həssas mövzulardır. Başqa ölkələrdə buna diqqət yetirirlər, ancaq bizdə yox".

Xəbər lenti
0