İraqda edam edilənlər azərbaycanlıdırmı

Abunə olmaq
“İraqda olan azərbaycanlı qadın və uşaqlarla bağlı bütün danışıqlara hazır olduğumuzu bildirmişik”

BAKI, 18 aprel — Sputnik. “İraqda edam hökmünə məhkum edilmiş azərbaycanlı qadınlar barədə bizə rəsmi məlumat daxil olmayıb”. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın İraqdakı səfiri Ramiz Qafarov deyib.

Səfir R. Qafarov bildirib ki, belə hal olarsa, səfirlik həmin Azərbaycan vətəndaşlarına mümkün qədər köməklik göstərməyə hazırdır: “Mətbuatda istənilən xəbər yazılır. Belə bir şey varsa, bizə əvvəlcədən rəsmi orqanlardan bildirməliydi. Bizdə məlumat olmadığı üçün də rəsmi heç nəyə qiymət verə bilmərik. Ölkənin qərarı var. Qanun qanundur və kimsə böyük günah iş görübsə, məsuliyyətə cəlb olunur. Bu məsələyə baxmaq lazım olarsa, bizimlə əlaqə saxlayıb, bu prosesdə iştirak etmək üçün dəvət edərlərsə, yardım etməyə çalışarıq. Səfirlik olaraq vətəndaşlarımıza lazım olduğu yardımı göstərmək vəzifə borcumuzdur”.

İŞİD bayrağı - Sputnik Azərbaycan
İraqda çoxlu sayda türk qadın edam ediləcək

Səfir qeyd edib ki, İraqda olan kimsəsiz azərbaycanlı uşaqlarla bağlı da rəsmi orqanlarla iş aparılır: “Təkcə həbsxanada olan qadınlar deyil, uşaqlarla bağlı işlər də davam etdirilir. Prosesi izləyirik. Rəsmi orqanlarla əməkdaşlığı davam etdiririk. Bizə rəsmi olaraq nə tapşırılırsa, onu icra edirik. Lazım olan tədbirlər görülür. Əlaqələr yaratmışıq. Rəsmi sənədləşmələr aparılır, görüşlər keçirilir”.

İraq və Azərbaycanın dost ölkə olduğunu vurğulayan səfir əlavə edib ki, Azərbaycan tərəfi İraqla dostluq əlaqələrini genişləndirməyə çalışır: “İraqda olan azərbaycanlı qadın və uşaqlarla bağlı bütün danışıqlara hazır olduğumuzu bildirmişik. Bu məsələlər gündəmdədir”.

Qeyd edək ki, İraqın “Al-Sumaria” telekanalının yaydığı məlumata görə, İraq Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror təşkilatı ilə əlaqədə günahlandırılan üç azərbaycanlı və bir qırğız qadın barəsində edam, bir fransız və iki rusiyalı qadın barəsində isə ömürlük həbs cəzası hökmü çıxarıb.

Xəbər lenti
0