Türkiyədə növbədənkənar prezident seçkiləri təklif edildi

© Photo : Kayhan Ozer/Pool Photo via APƏrdoğan və Baxçalı
Ərdoğan və Baxçalı - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla MHP sədri Dövlət Baxçalı arasında görüş olacaq

BAKI, 17 aprel — Sputnik. Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklif edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu təkliflə partiyasının iclasında MHP sədri Dövlət Baxçalı çıxış edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan Türkiyəni hədəfə alanlara səsləndi: "Bacarmayacaqsınız"

"Türkiyənin 2019-cu ilin 3 noyabrına qədər dayanmağa gücü yoxdur. İstədiyiniz seçkidirsə, buyurun. 2018-ci il avqustun 26-da prezident və parlament seçkilərinin keçirilməsi xalqımızın düşmənlərinə dərs verməyin ən demokratik yoludur. Dövlətin birliyinə silah çəkənlər buna peşman edilməlidir" — deyə Baxçalı bildirib.

MHP sədrinin növbədənkənar seçki təklifinə hökumətdən cavab gəlib. Baş nazirin müavini Bəkir Bozdağ bildirib ki, təklif səlahiyyətli orqanlar tərəfindən dəyərləndirilir: "Belə bir təklifin səsləndiyini yenə öyrəndim. Pərdəarxası məlumatım yoxdur. Təklif lazımi instansiyalarda dəyərləndirildikdən sonra açıqlama veriləcək".

Qeyd edək ki, sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Dövlət Baxçalı arasında görüş təşkil olunacaq.

Xəbər lenti
0