BAKI, 11 aprel — Sputnik. Türkiyənin prezidenti Rəcəp Tayyib Ərdoğan Roma görüşü əsnasında son zamanlar Türkiyə iqtisadiyyatına vurulan zərbələr haqqında fikir bildirib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bəzi ölkələrə maraqlı mesaj göndərib.
"Türkiyənin iqrisadiyyatı Beynəlxalq Valyuta Fondundan (BVF) asılı deyil. Bizim partiya gücümüz var", — deyə Ərdoğan bildirib.
Türkiyənin zərbələrə təslim olan bir ölkədən çevriliş edənlərin qarşısında müqavimət göstərən bir ölkəyə çevrildiyini ifadə Ərdoğan əlavə edib ki, indi də iqtisadiyyat üzərində oyun oynayırlar: "Bütün bu oyunları qalib gəldik və gələcəyik də. Əsas ürəkli olmaqdır. Romalı qardaşlarım ciblərində pul olmadığı halda ürəklərinin gücü ilə yaşamaq uğrunda mübarizə aparıblar".
"Bir sözlə, iqtisadiyyatımıza zərbə vuranlara səslənirəm, bacarmayacaqsız. Suriyada, İraqda necə bacarmadınızsa, indi də bacarmayacaqsız", — Türkiyə prezidenti vurğulayıb.