Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançımız dünya çempionu oldu

© Sputnik / Samir Maharramov Mundialda mübarizə aparan gənc milli yığma komandamız
Mundialda mübarizə aparan gənc milli yığma komandamız - Sputnik Azərbaycan
Abunə olmaq
Gərgin keçən həlledici döyüşdə 14:13 hesablı qələbə qazanan həmyerlimiz yarışın qızıl medalına sahib olub

BAKI, 12 aprel — Sputnik. Tunisin Hammamet şəhərində taekvando üzrə gənclər arasında dünya birinciliyi davam edir. Mundialda mübarizə aparan gənc milli yığma komandamızın daha bir üzvü möhtəşəm uğura imza atıb.

Sputnik Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 63 kq çəki dərəcəsində dayaq üzərinə çıxan Cavad Ağayev pakistanlı Əşrəf Əhmədi (29:6), amerikalı Xalfani Harrisi (7:6), koreyalı Ho-Jun Jini (17:11) və efiopiyalı Tariku Qirmanı (20:3) yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib.

Yarımfinal mərhələsində də iranlı Erfan Muradi ilə döyüşdən 17:12 hesabı ilə qalib ayrılan Cavad finalda italiya təmsilçisi Qabriel Kaulo ilə qarşılaşıb. Gərgin keçən həlledici döyüşdə də 14:13 hesablı qələbə qazanan həmyerlimiz yarışın qızıl medalına sahib olub.

© Sputnik / Samir MaharramovMundialda mübarizə aparan gənc milli yığma komandamız
Mundialda mübarizə aparan gənc milli yığma komandamız - Sputnik Azərbaycan
Mundialda mübarizə aparan gənc milli yığma komandamız

Qeyd edək ki, Cavad Ağayev italiyalı idmançı ilə bir neçə gün öncə keçirilən lisenziya turnirində qarşı qarşıya gəlmişdi. Həmən döyüşdə rəqib qalib olmuşdu.

Beləliklə, gənc millimiz dünya birinciliyində aktivinə ikinci medalı əlavə edib. Bir gün öncə isə Xanoğlan Kərimov (- 51 kq) finala kimi inamla irəliləsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurmuşdu.

Xatırladaq ki, 9 aprel tarixində startı verilən və 120 ölkədən 962 gənc taekvondoçunun iştirak etdiyi dünya birinciliyi aprelin 13-də yekunlaşacaq.

Xəbər lenti
0