Təyyarə qəzasında ölənlərin sayı 257-ə çatıb

© AP Photo / Anis BelghoulƏlcəzairin Bufarik bölgəsində qəzaya uğrayan hərbi təyyarə
Əlcəzairin Bufarik bölgəsində qəzaya uğrayan hərbi təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Təyyarədə Qərbi Səhrada müstəqillik istəyən Əlcəzair dəstəkli Polisario Cəbhəsinin nümayəndələri də olub

BAKI, 11 aprel — Sputnik. Əlcəzairin Bufarik bölgəsində qəzaya uğrayan hərbi təyyarədə 257 nəfərin öldüyü bildirilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əl Cəzirə telekanalına məlumat verən rəsmilərin məlumatına görə, qəza zamanı təyyarədə heç kim sağ qalmayıb.

İndoneziyada təyyarə qəzası - Sputnik Azərbaycan
İçində 200 nəfər olan təyyarə qəzaya uğradı

Təyyarədə Qərbi Səhrada müstəqillik istəyən Əlcəzair dəstəkli Polisario Cəbhəsinin nümayəndələrinin də olduğu bildirilir.

Xatırladaq ki, Bufarik bölgəsi Əlcəzairin paytaxtında 30 kilometr uzaqlıqdadır. Ölkənin cənub-qərbində Bechara getməyə hazırlaşan sovet istehsalı olan "İlyuşin —76" modelli təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Əl-Ərəbiyə televiziyasına danışan bir səlahiyyətli hərbçi qəzadan heç kimin xilas olmadığını deyib.

Əlcəzair Müdafiə Nazirliyi qəza ilə bağlı istintaqın başladılacağını bildirib.

Qeyd edək ki, 4 il əvvəl də Əlcəzairdə hərbi heyətin və ailələrinin olduğu təyyarə qəzaya uğramış, qəzada 77 nəfər həlak olmuşdu.

Xəbər lenti
0