İçində 200 nəfər olan təyyarə qəzaya uğradı

© AP Photo / Binsar Bakkaraİndoneziyada təyyarə qəzası
İndoneziyada təyyarə qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Bu hadisə Əlcəzair tarixində ən böyük hərbi təyyarə qəzasıdır

BAKI, 11 aprel — Sputnik. Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 100-dən çox insan ölüb. Bəzi mənbələr isə qəzada sağ qalan olmadığını bildirirlər.

Təyyarə Baufarik şəhərinin mərkəzindəki avtomobil yolunun yaxınlığındakı tarlaya düşüb. Təyyarədə ən azı 200 əsgərin olduğu bildirilir. Əraziyə xeyli sayda xilasedici göndərilib.

Bu hadisə Əlcəzair tarixində ən böyük hərbi təyyarə qəzasıdır. Qəza səbəbindən Boufarik-Blida yol bağlanıb.

Xəbər lenti
0