CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış aktyor: "Mikayıl Mirzəyə qayıtdım ki, alə..."

© Sputnik / Murad OrujovAktyor Elşən Hacıbabayev
Aktyor Elşən Hacıbabayev - Sputnik Azərbaycan
Abunə olmaq
Elşən Hacıbabayev: "Serial aktyor üçün qazanc mənbəyidir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. 20 ildir səhnədə olan, son illərdə isə "İsi" obrazı ilə məşhurlaşan aktyor Elşən Hacıbabayev Sputnik Azərbaycan-a müsahibə verib. Aktyor son işləri, yaradıcılıq planları haqqında danışıb. Artıq Elşən kimi yox, "İsi" kimi tanınan aktyor bu obraz ilə bağlı başına gələn maraqlı hadisələri bölüşüb.

Antonio Banderas - Sputnik Azərbaycan
Məşhur aktyor onu görənləri şoka saldı - FOTOLAR

- Yasamalda böyümüsünüz, "Yasamal uşağı"nın aktyor olması bir qədər qəribə deyilmi?

— Əslində, mən zərgər olmaq istəyirdim. İncə iş olduğu üçün çox böyük marağım var idi o sənətə. 14 yaşım olanda atamla birlikdə zərgərliyin sirlərinə yiyələnmək üçün texnikum axtarmağa başladıq. Mədəni Maarif Texnikumunda zərgərlik fakültəsi var idi. Texnikuma gedəndə gördük ki, orada aktyorluq fakültəsinə də qəbulun olduğu elan edilib. Atam məndən soruşdu ki, "aktyor olmaq istəyirsən?" "Nə bilim, pis olmaz" — deyə cavab verdim. Getdik Mikayıl Mirzənin yanına. O, çox zəhmli kişi idi. Etiraf edim ki, sonralar ondan qorxmağa başladım. O zaman Mikayıl müəllim məndən soruşdu ki, "harada oxuyursan?" Mən də Yasamalda böyüyən uşaq, dəliqanlı vaxtım, dava etdiyimə görə gözümün altı göyərmişdi. Mikayıl müəllimin sualına cavab verdim ki: "Alə, de burda, 18-də". Mikayıl müəllim mənim cavabımdan şoka düşdü. Atama dedi ki, "bu uşaq mütləq aktyor olmalıdır, onun sərbəstliyi və hazırcavablığını çox bəyəndim".

© Sputnik / Murad OrujovAktyor Elşən Hacıbabayev
Aktyor Elşən Hacıbabayev - Sputnik Azərbaycan
Aktyor Elşən Hacıbabayev

- Bəzən olur ki, aktyor özü də hansısa bir obrazını bəyənmir. Siz bu günə kimi oynadığınız hansı obrazı bəyənməmisiniz?

— Aktyor oynadığı pis və yaxşı obrazının da arxasında durmalıdır. Çünki hər iksi də onundur. Mənim isə karyeram dövründə bəyənmədiyim bir obrazım var. "Samedik" filmində oynadığım obraz mənə çox yaddır. Axı film aktyorun deyil, rejissorundur. Rejissor necə istəyirsə, aktyor da o cür oynamalıdır. Aktyor rejissorun marionetkasıdır. O, necə istəyir, aktyoru filmdə elə göstərir. Aktyorlar da maddi məsələyə görə bəyənmədikləri obrazları belə oynamağa məcbur olurlar.

Azərbaycan Respublikasının xalq artisti Zərnigar Ağakişiyeva - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Qorxduğu kimi yaşayıb, qorxduğu kimi ölən aktrisa: Onu addım-addım izləyən nə idi?

- Elşən Hacıbabayev illərdir aktyor kimi fəaliyyət göstərir. Amma "İsi" obrazı onu daha da məşhur etdi. Həyatda sizi "İsi" deyə çağırırlar, yoxsa Elşən?

— Ən çox "İsi" deyə müraciət edirlər. Hətta çoxu məni oğru kimi tanıyır. Elə insanlar var ki, oğru olduğumu düşünürlər. Bir ay öncə avtomobilimi qarət etmişdilər. Sosial şəbəkələrdə bu hadisəni paylaşmışdım. Bir neçə nəfər cavab yazmışdı ki, "oğrudan-oğruya halaldır". Amma bu yaxşıdır, mənə çox xoşdur. İnsanları oğru olduğuma inandıra bilmişəmsə, bu özü böyük uğurdur. Bir neçə gün öncə övladımı bir tədbirə aparmışdım. Orda bir balaca uşaq bütün günü "İsi" deyib arxamca gəlirdi. Bu, mənim üçün xoş idi. İsi obrazından sonra mənə daha çox təkliflər gəlməyə başladı. Bir sözlə, İsi ilə karyeram müsbətə doğru dəyişdi.

- Həyatda necə, heç oğurluq etmisiniz?

— Uşaq vaxtı qonşunun bağı var idi. Məhlə uşaqları ilə yığışıb o bağdan meyvə oğurlayardıq. Hətta bağ sahibinin oğlu da bizimlə birlikdə öz bağlarına oğurluğa girərdi. Hərdən bağ sahibi özü bizə şərait yaradırdı ki, meyvə oğurlayaq. Ondan başqa heç nə oğurlamamışam. Onu da deyim ki, İlham Qasımov bu obraz üçün məni bir neçə dəfə kastinqə çağırandan sonra qərar verdi.

© Sputnik / Murad OrujovAktyor Elşən Hacıbabayev
Aktyor Elşən Hacıbabayev - Sputnik Azərbaycan
Aktyor Elşən Hacıbabayev

- Peşəkar aktyorun dəfələrlə kastinqə getməsinə necə baxırsınız?

Pərviz Məmmədrzayev, aktyor - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Əməkdar artist kino və teatr sahəsində yeyilən milyonlardan danışdı

— Əla baxıram. Bu, həm rejissor, həm də aktyor üçün önəmlidir. Aktyorların bəziləri bu prosesi bəyənmir, amma mən fərqli düşünürəm.

- İyirmi ilə yaxındır Gənc Tamaşaçılar Teatrının aktyorusunuz. Həm də filmə çəkilirsiniz…

— Mən Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsini bitirmişəm. Teatrda işləməyi isə çox sevirəm. Teatr mənim üçün zövq məkanıdır, tam ayrı ab-havadır. Mənim üçün tamaşaçı alqışından məhrum olmaq böyük faciə olar.

- Gənc Tamaşaçılar Teatrında, xüsusilə məktəblilər üçün tamaşa göstərirsiniz. Uşaqlar və gənclər həqiqəti üzə deyən olurlar. Onlarla işləmək çətin deyil?

— Əslində, məhz həqiqəti çılpaqlığı ilə dedikləri üçün çətindir. Hətta valideynlər də kənardan reaksiya verirlər. Amma mənfi reaksiya olmur. Şükürlər olsun, tamaşalara tələbat da çoxdur. Mən tamaşa zamanı çox vaxt uşaqlarla ünsiyyət qururam. Hətta "Qırmızı papaq" tamaşasında canavarı oynayıram. Uşaqlardan canavar kimi Qırmızı papağın yerini soruşuram. O dəqiqə mənə onun yerini göstərirlər. Və ya yaxına gedəndə üzümü, bir az da olsa, görən kimi tanıyırlar, "İsidir" — deyə səslənirlər.

Televizor pultu - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Populyar serial ekranlara qayıdır

- Teatrda aktyor istədiyi ifadəni işlədə bilir. Siz də tez-tez ssenaridən çıxaraq öz sözlərinizlə tamaşaya rəng qatırsınız. Bu zaman rejissor irad tutmur ki?

— Uğurlu alınanda, əksinə bəyənir və alqışlayır. Uğursuz alınanda isə deyir, "gərək etməyəydin".

- Seriallar aktyora nə verir?

— Serial aktyor üçün qazanc mənbəyidir. Amma obrazı yaxşı canlandırmalısan ki, həm əlavə təkliflər əldə edəsən, həm də öz sənət "CV"-də pis obraz olmasın.

Xəbər lenti
0