SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan yol ayrıcında: Bakı hansı mövqedə durmalıdır?

© Sputnik / Murad OrujovВид на комплекс зданий Flame Towers в Баку
Вид на комплекс зданий Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə-Rusiya-İran formatının Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərəcəyini gözləmək real deyil

BAKI, 7 aprel — Sputnik. Aprelin 4-də İstanbulda Suriya məsələsi üzrə üçtərəfli Türkiyə-Rusiya-İran sammiti keçirilib. Son zamanlar adıçəkilən üç ölkə arasında yaxınlaşma tendensiyası müşahidə edilir. Siyasi araşdırmaçılar belə hesab edirlər ki, Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir.

Azərbaycanın bu üç ölkənin hər biri ilə quru sərhədi var. Bu baxımdan, Azərbaycan mövcud üçlü formatın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynamasını arzulayır. Digər tərəfdən, Türkiyə və İran danışıqlar prosesindən kənarda qalmalarından narazıdır. Ona görə də Rusiya-Türkiyə-İran formatı gələcəkdə Cənubi Qafqazda da sabitləyici rol oynaya bilər. Lakin nə qədər ki, Suriyada savaş başa çatmayıb, Türkiyə-Rusiya-İran formatının Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərəcəyini gözləmək real deyil. Hazırkı status-kvo bu ölkələri çətin duruma salıb. Türkiyədə baş verən son qiyam cəhdinin arxasında ABŞ-ın dayanması barədə məlumatlar Ankaranı narazı salıb. Eyni zamanda, İranın ABŞ-la münasibətlərini dostluq adlandırmaq mümkün deyil. 

İlham Əliyev VI Qlobal Bakı Forumun açılışında iştirak edir - Sputnik Azərbaycan
Bakı 50-dən çox ölkənin 500-dək nümayəndəsinə ev sahibliyi edir
Bu addımların özü çox ciddi siyasi gedişlərdir. Rusiya və ABŞ arasında da olan proseslər məlumdur. ABŞ bütün diqqətini Rusiya ilə bağlı olan sanksiyalara yönəldib. Bu baxımdan dünyada müşahidə edilən reallıq bu 3 ölkə arasında müəyyən qədər yaxınlaşmağa əsas verə bilər. Amma bu 3 ölkə arasında ciddi birlikdən, sazişdən danışmaq çox tezdir. Ən azı ona görə ki, Türkiyə NATO-nun üzvüdür. ABŞ isə Türkiyənin NATO-dan çıxmasına razı deyil. Adıçəkilən ölkələr arasında hansısa bəzi müəyyən yaxınlaşmalara gətirib çıxara bilər və alyansdan, siyasi müttəfiqlikdən danışmaq çox tezdir.

Bakı bu məsələdə hansı mövqeni nümayiş etdirməlidir? Bəzi araşdırmaçılar hesab edirlər ki, Ankara-Tehran-Moskva variantındansa, Gürcüstan-Azərbaycan-Türkiyə formatı daha məqbuldur. Üç ölkə birlikdə dar mənada Xəzər dənizi ilə Qara dəniz, geniş mənada isə Asiya ilə Avropa arasında enerji nəqli körpüsü rolunu oynayır. İranın müxtəlif regional formatlara qoşulması ölkənin sanksiyalardan azad olması ilə şərtlənir. Kommunikasiya baxımından Azərbaycan İran üçün Rusiyaya və daha sonra Şimali Avropaya çıxışdır, Azərbaycan-Gürcüstan-Türkiyə körpüsü isə İranın Cənubi Avropaya çıxışı imkanıdır. Digər tərəfdən, həm Azərbaycan, həm də Gürcüstan Şərq-Qərb dəhlizi ilə yanaşı, cənub istiqamətində də çıxış əldə etməkdə maraqlıdır. Azərbaycanın Türkiyə ilə strateji-hərbi müttəfiqlik haqqında müqavilələri mövcuddur. Gürcüstanla Türkiyə və Azərbaycanla Gürcüstan arasında da müəyyən müqavilələr mövcuddur. Bu amil üç ölkənin əməkdaşlığını mühüm edir.

Lakin bəzi araşdırmaçılar hesab edirlər ki, Azərbaycanın gələcəyi Xəzər dənizi ətrafında yaşayan dövlətlərin onun tutduğu siyasi xətti dəstəkləməsindən asılıdır. Bu mənada Azərbaycan üçün əsas maneə İran və Türkmənistandır. Bunun da nəticəsində bu günə kimi Xəzərin statusunun müəyyənləşməsi məsələsi öz həllini tapmayıb. Ancaq regionda və dünyada baş verən proseslər onu deməyə əsas verir ki, bu məsələdə Azərbaycanın mövqeyi daha düzgündür, dəqiqdir, sabaha hesablanmış siyasətdir.

Onu da unutmaq olmaz ki, İranla Rusiya ənənəvi olaraq Cənubi Qafqazda bir-biri ilə rəqabət aparır. Digər tərəfdən, bir-biri ilə bölüşməyə, razılaşmaya da meyllidirlər. Bunun bir çox səbəbi var. Səbəblərdən biri də budur ki, hər iki tərəf Cənubi Qafqazın regiondankənar qüvvələrin təsiri altına keçməsini istəmir.

Türkiyə və israil bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan
Rusiya-İran ittifaqına qarşı Türkiyə-İsrail həmrəyliyi

Digər tərəfdən, İran bütün hallarda Azərbaycanın güclü dövlətə çevrilməsini istəmir. Çünki bu, İranın özünün daxilində ciddi problemlər yarada bilər. Regionu çox ciddi nəzarət altında saxlamaq, Azərbaycanın təsir imkanlarının genişlənməsinə yol verməmək hər iki tərəfin maraqlarına cavab verir. Türkiyənin regionda Azərbaycanın müttəfiqi kimi söz sahibi olması da İranın maraqlarına cavab vermir.

İran və Rusiya bir çox sahələrdə, xüsusilə də enerji sahəsində rəqabət aparır. Yaxınlarda bu rəqabət kifayət qədər genişlənəcək. Çünki İran dünya bazarına çıxmağa hazırlaşır. Eyni zamanda, öz qazını Avropa bazarına çıxardığı üçün Rusiyanın rəqibinə çevrilir. Bu yaxınlaşmadan Qərblə öz oyunlarında istifadə etmək istəyirlər. Lakin yaranmış vəziyyətdə Ankara-Moskva-Tehran formatı bir çox proseslərin başlanğıcı ola bilər. Ehtimal edə bilərik ki, Qərb bu formata qarşı olacaq. O cümlədən Vaşinqton İsrail və Səudiyyə Ərəbistanından bəhrələnə bilər. Bakı bu sadə olmayan vəziyyətdə öz neytrallığını qorumaq zorundadır…

Xəbər lenti
0