SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Faşist Njdeyə "xatirə gecəsi"ni kim və necə keçirib, yaxud Ermənistana hər şey olar…

© Sputnik / Asatur YesayantsQaregin Njdenin heykəli
Qaregin Njdenin heykəli - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan təkcə BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrini deyil, faşizmin qəhrəmanlaşdırılması barədə qətnaməsini də asanlıqla pozur

BAKI, 4 aprel — Sputnik. Ötən həftə Moskvada, Ermənistanın Rusiyadakı səfirliyində ermənilərin milli qəhrəman adlandırdıqları, əslində isə faşistlərin əlaltısı olan Qaregin Njdeyə həsr olunmuş gecə keçirilib.

Ermənilər özlərinə qəhrəman seçməkdə sərbəstdirlər və bununla heç kim mübahisə etmir. Amma belə görünür ki, onlarda milli qəhrəman çatışmazlığı var. Lakin niyə faşist əlaltılarını seçirlər? Özü də çəkinmədən "Almaniya uğrunda həlak olan, Ermənistan uğrunda həlak olur" kimi bir ifadəni işlətmiş və bununla da sadə sovet vətəndaşlarının ölümünə haqq qazandırmış birini? Elə buradaca onu da qeyd etmək lazımdır ki, ermənilərin milli qəhrəmanları sırasında Njde ilə yanaşı çoxlu sayda başqa terrorçular da var.

Rixard Vaqner - Sputnik Azərbaycan
Faşizmə ilham vermiş dahi

Lakin məsələ heç bunda da deyil. Bu məsələdə başqa bir məqam aydın deyil. Necə olub ki, Moskva belə bir tədbirin keçirilməsinə imkan verib?

Njdenin çox məşhur olmayan biri olduğunu və Rusiya tərəfinin sadəcə bu tədbirə əhəmiyyət vermədiyini demək düzgün olmaz. Son illər Rusiyada bu "qəhrəmanın" ətrafında hay-küy səngimir.

Əlbəttə, burada demək olar ki, Ermənistanın Rusiyadakı səfirliyi öz ərazisində hansı tədbirləri keçirməsi barədə hesabat verməyə borclu deyil. Həmçinin Rusiya XİN və digər məsul qurumlar bu və ya digər səfirliyin ərazisində keçirilən hər bir tədbirə müdaxilə etməyə borclu deyillər. Xüsusən də, əgər o tədbiri səfirlik yox, hansısa ictimai təşkilat keçirirsə (Njdenin xatirə gecəsinin təşkilatçısı Moskva erməni gəncləri assosiasiyası yanında "TİR" ermənişünaslıq mərkəzi olub – red.).

Lakin məsələ başqa şeydədir. Məsələn, sabah qonşularımızın nümunəsindən ruhlanaraq Ukraynanın Rusiyadakı səfirliyi Simon Petlyuranın, qazaxıstanlı dostlarımız isə Mustafa Şokayın xatirə gecələrini keçirə bilərlər.

Bu halda Almaniyanın Moskvadakı səfirliyi niyə də Adolf Hitlerin xatirə gecəsini keçirməsin? Çünki faşistlərin hədəfinə gəlmiş keçmiş SSRİ-nin bir sıra ölkələri bunu etməkdən çəkinmirlərsə, Berlin niyə utanmalıdır?

Müharibə veteranı faşistlərin Lvov və Bresti necə bombaladıqlarını xatırlayır - Sputnik Azərbaycan
VİDEO
Müharibə veteranı faşistlərin Lvov və Bresti necə bombaladıqlarını xatırlayır

Bütün bunlarla bağlı nəyə görəsə BMT Baş Assambleyasında Rusiyanın təşəbbüsü ilə qəbul olunmuş "Faşizmin qəhrəmanlaşdırılması, neofaşizm və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı dözülməzliyin müasir formalarının artmasını təşviq edən digər praktika ilə mübarizə" qətnaməsi unudulur.

Məlum olduğu kimi Ermənistan bu qətnaməni dəstəkləyib. Vaxtilə Ermənistanın bu qətnaməni dəstəklədiyini Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova da dilə gətirib.

Bundan əlavə, Ermənistan 2017-ci il iyulun 17-də Minskdə Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatının Nazirlər Şurasının iclasında Rusiya tərəfinin təşəbbüsü ilə qəbul olunmuş "abidələrlə müharibə" və faşizmin qəhrəmanlaşdırılması cəhdlərinin pislənməsi barədə bəyanata qoşulub.

Bu bəyanatda bir sıra ölkələrdə, o cümlədən qanunvericilik səviyyəsində davam edən İkinci dünya müharibəsi zamanı böyük qurbanlar bahasına Avropa ölkələrini faşizmdən azad edənlərin xatirəsinin silinməsi üzrə kampaniyalara prinsipial qiymət verilib.

Erməni tərəfinin də imzaladığı mətndə faşizmin və millətçiliyin qəhrəmanlaşdırılması cəhdləri birmənalı şəkildə pislənir.

ArmHiTec-2018 - Sputnik Azərbaycan
Hindunun muncuq sevgisi: Ermənilər onlayn görüntü ilə kimi təəccübləndirmək istəyirlər?

"Müvafiq hərəkətlər BMT Baş Assambleyasının 71-ci sessiyasının qəbul etdiyi və KTMT-yə üzv olan dövlətlərin həmmüəllifləri olduqları 71/179 saylı "Faşizmin qəhrəmanlaşdırılması, neofaşizm və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı dözülməzliyin müasir formalarının artmasını təşviq edən digər praktika ilə mübarizə" qətnaməsinin birbaşa pozulmasıdır" – sənəddə deyilir.

"Eyni zamanda, İkinci dünya müharibəsi dövründə anti-Hitler koalisiyasına qarşı fəaliyyət göstərən və faşistlərlə əməkdaşlıq edərək ağır cinayətlər törədən şəxslərin milli qəhrəman statusuna qaldırılması təşəbbüslərini qəbuledilməz, təhqiramiz və ədəbsiz sayırıq. Bununla bağlı biz bir daha bəyan edirik ki, KTMT üzvü olan dövlətlər ümumi tariximizin məqsədəyönlü təhqir olunmasını qəti olaraq qəbul etmir və qətiyyətlə pisləyirlər" – bəyanatda həmçinin bildirilir.

Maraqlıdır ki, öz ölkəsində günü bu gün faşistlərin qəhrəman olduğunu bilən Ermənistan nümayəndəsinin bu sənədi imzalayarkən heç əli də əsməyib.

Beləliklə, Ermənistan faşizmin qəhrəmanlaşdırılması barədə BMT-nin qətnaməsini asanlıqla pozursa, həmin təşkilatın Qarabağa dair qəbul etdiyi 4 qətnaməsini də pozmasına təəccüblənmək lazım deyil.

Praktikadan məlum olduğu kimi Ermənistan belə özbaşınalığa adətkərdədir. Həm də nə Rusiya, nə BMT, nə də dünyanın aparıcı dövlət və təşkilatları tərəfindən ona qarşı heç bir tədbir görülmür.

Cəbhə kəndləri - Sputnik Azərbaycan
Ermənistan qoşunları təxribata əl atıb

Bu ölkəyə Azərbaycan torpaqlarının 25 illik işğalı, qətnamələrin, razılaşmaların, vədlərin pozulmasına görə heç nə edən yoxdur. Bir sözlə, istədiyini edir. Ona görə də mətbuatda faşistlərin xatirə gecələri barədə məlumat gedəndə, bu tədbirləri Ermənistanın keçirməsi heç kimi təəccübləndirmir.

Cəzasızlıq özbaşınalıq və müvafiq olaraq 1942-ci ildə silahdaşı Drastamat Kanayan ("general Dro") faşistlər üçün əsir ermənilər və Avropadakı erməni diasporunun nümayəndələrindən "Erməni legionu"nu qurmuş Njde kimi terrorçuları yaradır. Məhz bu legion əlində silah sovet ordusu, sovet partizanları ilə döyüşüb (yəni, bu gün Ermənistanın müttəfiqi olan Rusiya ilə), həmçinin cəza funksiyaları yerinə yetirib və faşistlərin bir çox cinayətlərində, o cümlədən Avropanın yəhudi əhalisinin Holokostunda iştirak edib.

Belə bir adamın Rusiyada "xatirə gecəsi"nin keçirilməsi Böyük vətən müharibəsində yaxınlarını və doğmalarını itirmiş bütün insanların ələ salınmasıdır. Lakin Ermənistana hər şey olar…

Xəbər lenti
0