Böyük Vətən Müharibəsinin veteranı Bəkir Xanlar oğlu Məmmədov öz döyüş yolunu anladır. O, 1920-ci ildə anadan olub. 1940-cı ildə pedaqoji texnikumu bitirib və 1941-ci ilin aprelində orduda xidmətə yollanıb. İki ay yarım Ukraynada olub, onda hələ müharibə başlamamışdı və əsgərlər hazırlıq keçirməli idilər.
"Qış idi, soyuq idi, aclıq idi. Çoxumuz hətta rus dilini belə bilmirdik. Amma biz vətən uğrunda irəli getdik" — BVM veteranı bu sözlərlə öz hekayəsini başlayır.
Bəkir Məmmədovun sözlərinə görə, faşistlər Kamenets-Podolski, Lvov, Brest şəhərlərini bombalayanda, onlar sıra atışına düzləndilər.
"Biz daimi dislokasiya yerinə qayıdanda, 467-ci atıcı polkun komandiri gəlib bizə dedi ki, "yoldaşlar, alman faşistləri bizimlə müharibəyə başlayıblar. Müharibə bizsiz aparıla bilməz"- deyən veteranın sözlərinə görə, belələliklə, onun üçün müharibə başlayıb. Bəkir Məmmədov birinci dəfə Qomel şəhərində keçirilən döyüşdə iştirak edib.
Amma 1943-cü ildə baş verən mübarizəni indiyə qədər xatırlayır. Belorusiya və Polşanın azad edilməsini göz yaşları içində anladır.
"Qələbə haqqında xəbəri neçə aldığımı xatırlamıram. Amma belə bayram olmamışdı, bizim hər birimiz bu qələbəyə göz yaşları içində sevinirdik" — deyə BVM veteranı bildirir.
Bəkir Məmmədovun sözlərinə görə, o, digər veteranlarla əlaqə saxlayır və müxtəlif tədbirləri biryerdə qeyd edirlər.