CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qanun peşə təhsilinə töhfə verəcək

© Sputnik / Murad OrujovMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Layihə barədə parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli məlumat verib

BAKI, 3 aprel — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Peşə təhsili haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, layihə barədə parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli məlumat verib. O deyib ki, qanun layihəsi Azərbaycanda peşə təhsili sisteminin quruluşunu müəyyən edir.

Peşə təhsili müəssisələrinin növləri bunlardır:

1. peşə məktəbi;

2. peşə liseyi;

3. peşə təhsil mərkəzi.

Qaydaya əsasən, ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir.

Peşə məktəbinə qəbul olunan şəxslərə yalnız texniki peşə təhsili almaq hüququ verilir. 

YPX - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda növbəti polis-sürücü dialoqu: Bu dəfə qanun keşikçisi haqlı oldu – VİDEO

Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir.

Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir.

Qanun Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin də peşə təhsili müəssisəsinin təsisçisi ola bilməsinə şərait yaradır. Qanun layihəsinin 12-ci (Peşə təhsili müəssisəsinin təsisçisi) maddəsində qeyd edilib ki, peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.

Peşə təhsili müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil və digər xidmətləri göstərə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət qurumunun əməkdaşları peşə bayramlarını qeyd etdilər

Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir.

Bundan başqa, qanun qəbul olunarsa, Azərbaycanda peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək.

Qanun layihəsinin 4-cü (dövlətin vəzəfiləri) maddəsində deyilir: “Peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0