CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumunun əməkdaşları peşə bayramlarını qeyd etdilər

© Photo : AAYDA mətbuat xidmətiAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Peşə bayramı tədbiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin inzibati binasının akt zalında davam etdirilib

BAKI, 22 fevral — Sputnik. 22 fevral — Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kolektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Peşə bayramı tədbiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin inzibati binasının akt zalında davam etdirilib.

© Photo : AAYDA mətbuat xidmətiAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi peşə bayramını qeyd edir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi peşə bayramını qeyd edir - Sputnik Azərbaycan
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi peşə bayramını qeyd edir

Tədbiri giriş sözü ilə açan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov qeyd etdi ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına səbəb olmaq məqsədi ilə son iki il ərzində ümumi uzunluğu 2200 km-dən çox olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Təkcə 2017-ci ildə 68 yol infrastrukturu layihəsi üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Bu layihələrin həyata keçirilməsi 2,1 mln əhalinin yaşadığı 651 yaşayış məntəqəsini əhatə edib. 2018-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək və daha 63 kəndlərarası, qəsəbələrarası avtomobil yollarının tikintisi olmaqla ümumilikdə 100-dən artıq yol infratsrukturu layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulub.​

Daha sonra Saleh Məmmədov 22 fevral — Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunmuş və "Əməkdar mühənddis" fəxri adına layiq görülən şəxsləri təbrik edərək,agentlikdə uzunmüddətli, səmərəli əmək fəaliyyəti nəzərə alınaraq bəzi əməkdaşlara fəxri diplom və mükafatlar təqdim etdi.

 

Xəbər lenti
0