CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha iki medal təsis olundu

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Milli Məclisinin binası
Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı təsis olunub

BAKI, 3 aprel — Sputnik. Milli Məclisin aprelin 3-də keçirilən iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Prezident administrasiyasının binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yeni medal təsis edilib

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsinə əsasən, "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı təsis olunub.

Milli Məclisin bugünkü iclasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar məsələ də müzakirəyə çıxarılıb.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul olunub.

Qeyd edək ki, bu medallarla vəzifələrini nümunəvi icra edən, istehsalat fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycanda gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif ediləcəklər.

Xəbər lenti
0