İsrail yenə dünyaya meydan oxudu: Hərbi müdaxiləyə davam edəcəyik

© REUTERS / Ronen Zvulunİsrail əsgərləri Sutiya ilə sərhəddin yaxınlığındakı Qolan təpələrində tankların üzərində dururlar
İsrail əsgərləri Sutiya ilə sərhəddin yaxınlığındakı Qolan təpələrində tankların üzərində dururlar - Sputnik Azərbaycan
Abunə olmaq
Ərəb Dövlətləri Liqası Qəzzadakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

BAKI, 2 aprel — Sputnik. Qəzza zolağında 17 fələstinlinin ölümünə səbəb olan qarşıdurmalarla bağlı ciddi etirazlar başlayıb. Buna baxmayaraq, İsrail ordusu etirazçılara qarşı müdaxiləyə davam edəcəyini bildirib. 

İsrail bayrağı - Sputnik Azərbaycan
İsrail ordusu uşaqları öldürməkdə davam edir

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İsrail ordusunun rəhbərliyi bəyan edib ki, cümə günü olduğu kimi, Qəzzadakı etirazçılara qarşı hərbi müdaxilə davam edəcək. Rəsmilər Qəzza zolağı boyunca snayperlərin yerləşdirildiyini vurğulayıblar.

Təl-Əvivdən qeyd olunub ki, İsrail əsgərlərinin əsas vəzifəsi etirazçıların Qəzza zolağındakı məftillərə yaxınlaşmasını əngəlləməkdir. O da əlavə olunub ki, ordu üçün təhlükə təşkil etməyən fələstinlilərin öldürüldüyü ittihamları ilə bağlı istintaq başlanacaq.

Qeyd edək ki, fələstinlilər "Torpaq Günü"nün 42-ci ildönümü çərçivəsində ötən cümə günündən bu yana blokada altındakı Qəzza zolağının İsraillə sərhəd bölgəsində dinc aksiyalar keçirirlər. İsrail əsgərlərinin həmin aksiyalara müdaxiləsi zamanı 17 fələstinli ölüb, yüzlərlə insan yaralanıb.

Onu da bildirək ki, Ərəb Dövlətləri Liqası Fələstinin tələbi ilə aprelin 3-də Qəzza zolağındakı vəziyyətlə bağlı daimi nümayəndələr səviyyəsində təcili iclas keçirəcək.

Xəbər lenti
0