Bakı, 1 aprel — Sputnik. Putin Kemerovo vilayətinin qubernatoru ilə bağlı fərman imzalayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə fərman imzalayıb.
Bu barədə bazar günü Kremlin mətbuat xidməti xəbər verib.
Mətbuat xidmətinin məlumatında Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin Rusiya prezidenti Vladimir Putinə öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə müraciət etdiyi bildirilib.
Kemerovo vilayətinə yeni qubernatoru təyin edilənə qədər Aman Tuleyevin səlahiyyətlərini müavin Sergey Çivilyov icra edəcək.
Xatırladaq ki, martın 25-də Kemerov vilayətindəki "Qış gilənarı" ticarət mərkəzində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.