Dəhşətli yanğında 53 nəfər diri-diri yanıb - İtkin düşənlər də var

© Sputnik / Александр Патрин / Mediabanka keçidСотрудники пожарной охраны МЧС борются с пожаром в торговом центре «Зимняя вишня» в Кемерово
Сотрудники пожарной охраны МЧС борются с пожаром в торговом центре «Зимняя вишня» в Кемерово - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğınla bağlı Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi açılıb

BAKI, 26 mart — Sputnik. Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 53 nəfərə çatıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi açıqlama verib. Onun sözlərinə görə, axtarış zamanı daha 14 nəfərin cəsədi tapılıb. Ən azı daha 16 nəfər itkin düşmüş hesab edilir.

Yanğınla bağlı Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi açılıb. Artıq 4 nəfərin saxlanıldığı bildirilir. Onların arasında yanğın baş verən "Qış albalısı" ticarət mərkəzinin sahibi də var.

Artıq ticarət mərkəzindəki yanğın tam söndürülüb. Hazırda xilasedicilər cəsədlərin axtarışı ilə məşğuldurlar.

Xəbər lenti
0