CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərgi təşkil olunub

© Photo : AMEA mətbuat xidmətiMərkəzi Elmi Kitabxanada 31 mart soyqırımına həsr olunan sərgi
Mərkəzi Elmi Kitabxanada 31 mart soyqırımına həsr olunan sərgi - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Elmi Kitabxananın fondlarında 1918-ci il Mart soyqırımına aid olan mövcud mənbələr elektron kataloqa salınaraq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib

BAKI, 31 mart — Sputnik. AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi təşkil olunub.

Sputnik Azərbaycan xəbər verir ki, sərgidə kitabxananın fondlarında mühafizə olunan "31 Mart soyqırımı 1918-1920-ci illər mətbuatında", "Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım", "Soyqırım tarixinin dastanı", "Soyqırım cinayəti", "Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı", "1918-ci il qırğınları; Tarixi araşdırmalar", "Quba məzarlığı: Erməni cinayətlərinin qanlı izi", "31 Mart Vakası", "Erməni cinayətləri sənədlər əsasında", "Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri", "Erməni terroru" və s. kimi soyqırıma dair faktları əks etdirən, tarixi əhəmiyyətliliyi baxımından MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş kitablar nümayiş olunur.

Rəngarəng saplar - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanda sərgi keçiriləcək

Mərkəzi Elmi Kitabxananın fondlarında 1918-ci il Mart soyqırımına aid olan mövcud mənbələr elektron kataloqa salınaraq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Eyni zamanda, soyqırımla bağlı MEK əməkdaşları tərəfindən "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" adlı sənədli film də hazırlanıb və filmin nümayişi Sərgi salonunda, MEK monitorlarında və kitabxananın oxucular ucun nəzərdə tutulmuş digər məkanlarında təmin edilib.

Mərkəzi Elmi Kitabxanadakı sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" 18 yanvar 2018-ci il tarixli Sərəncamı çərçivəsində təşkil edilib. Bu tarix 1998-ci ildən etibarən Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Qeyd edək ki, MEK soyqırım mövzusunda hər il sərgilər təşkil edir, tərəfdaş təşkilatlara soyqırımla bağlı tədbirlərin, sərgilərin kecirilməsində təşkilati və informasiya dəstəyi verir.

Xəbər lenti
0