Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda sərgi keçiriləcək

© Photo : oboi-colibri.ruRəngarəng saplar
Rəngarəng saplar - Sputnik Azərbaycan
Abunə olmaq
"Əlvan iplərin oyunu" adlı sərginin açılış mərasimi Xalça Muzeyində baş tutacaq

BAKI, 5 okt — Sputnik. Cari ilin 7 oktyabr tarixində saat 17:00-da Azərbaycan Xalça Muzeyində "Əlvan iplərin oyunu Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından Pirot kilimləri" adlı sərginin açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Serbiyada ən qədim və ən əsas kolleksiyalardan biri olan Belqrad Etnoqrafiya Muzeyinin Pirot kilimləri kolleksiyasına 1792-1932-ci illərdə toxunmuş 169 ədəd xalça məmulatı daxildir. Xronoloji ardıcıllıqla seçilmiş 26 eksponatdan ibarət sərginin keçirilməsində məqsəd Serbiya cəmiyyətinin geniş sosial-iqtisadi və tarixi dəyişiklikləri ərəfəsində Pirot kilim toxuculuğunun xüsusi inkişaf və keçid mərhələlərini təcəssüm etdirməkdir.

Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu

Pirot kilimləri Serbiyanın milli toxuculuq sənətində mədəni-tarixi və bədii dəyərinə görə Serbiya kilim toxuculuğunun ən mükəmməl məhsulu olması ilə seçilir. Kilimlər ornamentlərin zəngin və xüsusi düzülüşünə, ahəngdar rəng palitrasına, yüksək keyfiyyətli yun və mükəmməl toxuma üsuluna görə səciyyələnirlər. Pirot kilimlərinin naxışları həndəsi, əsasən nəbati, həmçinin zoomorf, antropomorf və abstrakt motivlərdən ibarətdir.

Qeyd edək ki, 2015-ci ilin 7 aprel tarixində Azərbaycan Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyi arasında mədəniyyət, muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beş il ərzində birgə əməkdaşlıq memorandumu imzalanmışdır. Həmin sənədə əsasən 2015-2020-ci illər ərzində muzeylər arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, "sənət mübadiləsi" layihəsi çərçivəsində Bakıda Serbiya sənət əsərlərindən ibarət sərginin təşkili və 2017-ci ilin may-iyun aylarında Belqrad Etnoqrafiya Muzeyində "Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xovsuz xalçalar və xalça məmulatları" adlı sərginin keçirilməsi planlaşdırılıb.

Xatırladaq ki, "Əlvan iplərin oyunu — Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından Pirot kilimləri" adlı sərgi 7 oktyabr tarixindən 6 noyabr tarixinədək şəhərimizin sakinlərinə və qonaqlarına açıq elan olunur.

Xəbər lenti
0