CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Vətənin müdafiəsinə hazıram!"

© Sputnik / Leyla AbdullayevaŞabranda "Vətənin müdafiəsinə hazıram!" adlı tədbir
Şabranda Vətənin müdafiəsinə hazıram! adlı tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti haqqında hazırlanmış "Qələbəyə səfərbər ol" sənədli filmi nümayiş etdirilib

Leyla Abdullayeva – Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

Xidmətin 2018-ci il üçün fəaliyyət planına əsasən, 30 mart 2018-ci il tarixdə Şabran Rayon İcra Hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" adlı tədbir keçirilib. Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Rasim Şirinov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, ictimaiyyət nümayəndələri orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

© Sputnik / Leyla AbdullayevaŞabranda "Vətənin müdafiəsinə hazıram!" adlı tədbir
Şabranda Vətənin müdafiəsinə hazıram! adlı tədbir  - Sputnik Azərbaycan
Şabranda "Vətənin müdafiəsinə hazıram!" adlı tədbir

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirib ki, ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu prosesi bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Rasim Şirinov çıxışında qeyd etdi ki, gənc nəslin vətənpərvərlik ruhundan tərbiyə edilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsində xidmətin yaranmasının altıncı ildönümü qeyd edilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları toplandı

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli və digər çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun müasir silah-sursat və hərbi texnika ilə təmin olunduğunu bildiriblər.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti haqqında hazırlanmış "Qələbəyə səfərbər ol" sənədli filmi nümayiş etdirilib.

Tədbirdə şəhid ailəsinin nümayəndəsi‚ Qarabağ Müharibəsi veteranı, "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisində fərqlənən hərbi rəhbər və şagird Xidmət tərəfindən diplomlarla təltif edilib.

Tədbirin bədii hissəsində Şabran rayon məktəblərinin öz fəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

Xəbər lenti
0