Leyla Abdullayeva, Sputnik Azərbaycan.
BAKI, 13 fevral — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsində xidmətin yaranmasının altıncı ildönümü qeyd edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin kollektivi, Rayon İcra Hakimiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Ağabəyov qeyd edib ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bölmə rəisi əməkdaşlarını təbrik edərək onlara bu şərəfli işdə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısının müavini Fikrət Nuşiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin kollektivini ildönüm münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Şabran rayon Gənclər və İdman idarəsinin müdiri Əlməmmədov Süleyman da öz növbəsində xidmətin əməkdaşlarını təbrik edib və əməkdaşların bir qisminə Fəxri Fərman təqdim edib.
Xidmətdə fərqlənmiş əməkdaşlar xidmət rəisinin əmri ilə, məktəbin hərbi rəhbərləri isə bölmə rəisinin əmri ilə təltif edilib.