Azərbaycan prezidentinin köməkçisi sosial şəbəkələrin taleyinə aydınlıq gətirdi

© Sputnik / Murad Orujov"İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi" mövzusunda keçirilən tədbir
İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi mövzusunda keçirilən tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
“Onların məqsədi isə, cəmiyyətdə vətəndaş qarşıdurması yaratmaq, hakimiyyətlə xalq arasında münasibətləri pozmaqdır”

BAKI, 30 mart — Sputnik. Bu gün Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi" mövzusunda dəyirmi masa keçirilib.

Mətbuat Şurası - Sputnik Azərbaycan
Mətbuat Şurası hüquq mühafizə orqanlarına müraciət etdi: Konkret tədbir görün

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, son zamanlar bəzi şəxslər sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin, o cümlədən prezident və ailə üzvləri haqqında təhqirlər səsləndirir.

"Mən düşünürəm ki, bu, qarşıdan gələn prezident seçkiləri ilə bağlı kompaniya xarakteri daşıyır. Xaricdə yaşayan bəzi şəxslərin təhqir və qəzəb söyüş maşını işə düşüb və bu maşını dayandırmaq mümkün deyil. Onların məqsədi isə, cəmiyyətdə vətəndaş qarşıdurması yaratmaq, hakimiyyətlə xalq arasında münasibətləri pozmaqdır", — MŞ sərdi deyib.

Amaşov əlavə edib ki, ABŞ və Avropa ölkələrində on minlərlə azərbaycanlı yaşayır. Və son zamanlar keçirilən aksiyalar da həmin azərbaycanlıların Azərbaycana müsbət münasibətini ortaya qoyur.

"Təhqirləri dilə gətirənlər 3-4 nəfərdir. Bu yaxınlarda Məhəmməd Mirzəli və Orduxan Temirxan arasında dialoq yayıldı, onlar açıq şəkildə Azərbaycanda dövlət çevrilişinə çağırışlar edirdilər. Bu məsələlər hamını narahat edir. Düşünürəm ki, müvafiq dövlət orqanları bu məsələləri araşdıracaq, müəyyən işlər görüləcək", — Amaşov qeyd edib.

Daha sonra Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışı zamanı bildirib ki, Azərbaycanda qlobal informasiya və ünsiyyət şəbəkələrinə giriş sərbəstdir və bəzilərinin okeanın o tayından verdikləri saxta proqnozlara baxmayaraq, sərbəst də qalacaq.

Али Гасанов, помощник Президента Азербайджана по общественно-политическим вопросам - Sputnik Azərbaycan
Əli Həsənov: “Azərbaycanda sosial şəbəkələrin sərbəst fəaliyyəti saxlanılacaq”

"Yadınızdadırsa, 2000-ci illərin ikinci yarısında ABŞ-da Barak Obamanın qələbəsi "Twitter" inqilabı kimi səciyyələndirilmişdi. Həmin dövrdən etibarən sosial şəbəkələr dünya siyasətinə, qlobal informasiya mühitinə təsir edən, bir sıra hallarda ayrı-ayrı ölkələrdəki daxili siyasi mübarizənin taleyini həll edən əsas vasitələrdən biri kimi qəbul edilməyə başlayıb”, — deyə Ə.Həsənov vurğulayıb.

Prezident köməkçisi onu da qeyd edib ki, 2017-ci ildə ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsinin əsas səbəblərindən biri kimi də sosial şəbəkələrdə düzgün strategiyanın qurulması və həyata keçirilməsi göstərilir: “Lakin ABŞ-dan fərqli olaraq, sosial şəbəkələrin son illərdə yaratdığı imkanların Avrasiya və Yaxın Şərq coğrafiyasında, xüsusən də ərəb ölkələrində hansı fəsadlara gətirib çıxardığı bu gün də əsas müzakirə mövzularından biridir".

Ə.Həsənov xatırladıb ki, Azərbaycanla qonşu olan böyük ölkələrdə ayrı-ayrı vaxtlarda sosial şəbəkələr məhdudlaşdırılıb, ya da böyük milli şəbəkələr yaradılmasına cəhd göstərilib. Bəzi ölkələrdə müəyyən nəticələr də əldə olunub: "Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən 6 avqust 1998-ci ildə KİV üzərindən bütün senzura və qadağalar ləğv olunduqdan sonra nə hər hansı media qurumunun fəaliyyətinə məhdudiyyət qoyub, nə yeni fenomen olan şəbəkə məhdudlaşdırma yolunu seçib, nə də ölkəmizdə milli şəbəkələrin qurulmasına ciddi təşəbbüs göstərib".

O, həmçinin əlavə edib ki, bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin özünün, müxtəlif dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir: "Və cənab prezident dəfələrlə sosial şəbəkələrdə qaldırılan problemlərə reaksiya verib, internetə məlumat mənbələrindən biri kimi yanaşdığını bildirib". 

Milli Televiziya və Radio Şurası - Sputnik Azərbaycan
Milli Televiziya və Radio Şurası ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yayıb

Tədbirdə çıxış edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə vurğulayıb ki, bu çirkin kampaniyanı aparanların məqsədi Azərbaycanın ən böyük uğurlarından biri olan siyasi sabitliyi pozmaqdır: "Azərbaycan dünyada sabitlik adasına çevrilib və bu siyasi sabitliyin qorunub saxlanmasında hər kəs mütəşəkkil mövqe ortaya qoymalıdır, həmin çirkin qüvvələrə qarşı mübarizə aparmalıdır. Biz bütövlükdə mütəşəkkil mövqe ilə, ictimai mövqe ilə həmin güclərin öhdəsindən gələrik".

Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışında bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur, ancaq söyüş və təhqir azadlığının qarşısı alınmalıdır: "Xaricdə olan soydaşlarımız Azərbaycanın haqlı mübarizəsinə dəstək verir, ancaq bəziləri çirkin yolu seçir. Azərbaycan 20 mindən çox şəhid verib. Kim xaricdə Azərbaycan xalqının haqlı mübarizəsinə dəstək vermirsə, o, Azərbaycanın düşmənidir".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, sosial şəbəkələrə ölkəmizə qarşı çirkin kampaniya aparanların məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır: "Bu insanlar çirkin əməllərinə son qoymurlar və ona görə də biz o insanlara qarşı mübarizə aparmalıyıq".

Daha sonra Milli Məclisin deputatı Hikmət Babaoğlu, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər KİV rəhbərləri çıxış edərək öz fikirlərini və təkliflərini bildiriblər.

Xəbər lenti
0