Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Əli Həsənov: “Azərbaycanda sosial şəbəkələrin sərbəst fəaliyyəti saxlanılacaq”

© Photo : REPORTАли Гасанов, помощник Президента Азербайджана по общественно-политическим вопросам
Али Гасанов, помощник Президента Азербайджана по общественно-политическим вопросам - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyir ki, biz bunu istəsək də, istəməsək də cəmiyyət sosial şəbəkələrdə fəaliyyət göstərmək məcburiyyətindədir

Əli Həsənov: “Biz istəyirik ki, müzakirələri bəlli əxlaq çərçivəsində aparaq”
“Dünyada dövlətlərin, gücü təkcə onların əhalisinin sayı, əraizisinin böyüklüyü iqtisadi gücü və ya digər resusrsları ilə deyil, eyni zamanda milli elitanın fəallığı ilə ölçülür”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Əli Həsənov sosial şəbəkələrdəki müzakirələrin əxlaq çərçivəsində aparılmalı olduğunun vacibliyini vurğulayıb.

“Yoxsa hər kəs bunu öz mədəniyyətinə, əxlaq səviyyəsinə uyğun edəndə bizi sevməyən, Azərbaycan xalqının və dövlətinin əleyhinə fəaliyyət göstərən mərkəzlərin əlinə dəstəvuz vermiş oluruq. Sosial şəbəkələr artıq reallıqdır. Biz bunu istəsək də, istəməsək də cəmiyyət burada fəaliyyət göstərmək məcburiyyətindədir. Biz şəbəkələrdə bu şəkildə aparılan kampaniyalara öz münasibətimizi sərgiləməliyik. Qlobal ünisyyət şəbəkələrinə giriş bizim ölkədə sərbəstdir. Bəzi milli dönüklərin okenanın o tərəfindən verdikləri saxta proqnozlara baxmayaraq, sərbəst də saxlanılacaqdır”, — deyə o bildirib. 

Xəbər lenti
0