CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ-da federal hakim Trampın məhkəmə prosesinin davam etməsinə icazə verib

© REUTERS / Jonathan ErnstABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Messitte, qərarında ABŞ-a gələn əcnəbi heyət və nümayəndələrin xüsusilə Trampa müsbət mesaj vermək üçün bu oteldə qalmağa üstünlük verdiklərinə işarə edib

BAKI, 29 mart — Sputnik. ABŞ-da federal hakim prezident Donald Trampın xarici ölkələrdən hədiyyə aldığı iddiası ilə başlanan məhkəmə prosesinin qismən davam etməsinə icazə verib.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, qərarı verən Merilend ştatının hakimi Peter Messitte bu işlə məşğul olan prokurorların təkcə Vaşinqtondakı "Tramp Beynəlxalq Hoteli"nə diqqət yetirməsinin lazım olduğunu bildirib. Federal hakim Trampın Floridadakı tədris korpusunu və digər mülklərini isə məhkəmə işinə daxil etməyib. 

Məhkəmə çəkici - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda aptek sahibi məhkəmə zalında həbs edilib

Qətnamədə birbaşa Trampın xarici ölkələrdən hədiyyə almaq yolu ilə əlavə gəlir əldə etdiyi iddiasına heç toxunmayan hakim, sadəcə "Tramp Beynəlxalq Hoteli" ilə bağlı iddiaların məhkəmə işinə daxil ediləcəyinə işarə edib.

Messitte, qərarında ABŞ-a gələn əcnəbi heyət və nümayəndələrin xüsusilə Trampa müsbət mesaj vermək üçün bu oteldə qalmağa üstünlük verdiklərinə, bunun da bölgədəki oxşar müəssisələri haqsız rəqabət yolu ilə çətin vəziyyətə saldığına işarə edib.

Merilend və Vaşinqton prokurorlarının iyun ayında verdikləri iddia ərizəsində "Tramp Beynəlxalq Hoteli"nin bölgədəki digər otel və müəssisələri haqsız rəqabət yolu ilə çətin vəziyyətə saldığı, otelin xüsusi vergi güzəştləri aldığı və bütövlükdə Donald Trampın əcnəbilərdən gəlir təmin etdiyi iddia edilmişdi.

Qeyd edək ki, dekabr ayında oxşar şikayətlərlə Nyu-Yorkda başlamaq istənən dava, federal məhkəmə tərəfindən rədd edilmişdi. 

Основатель и главный исполнительный директор Facebook Марк Цукерберг - Sputnik Azərbaycan
Qalmaqal böyüyür: Mark Zukerberq ABŞ Konqresində ifadə verəcək

ABŞ Konstitusiyasında ABŞ prezidentlərinin vəzifədə olduqları müddətdə xarici bir dövlətdən hədiyyə, qazanc, məqam və rütbə mənasına gələ biləcək hər hansı bir şeyi qəbul etməyəcəkləri ilə bağlı bir qanun (Emoluments Clause) var.

ABŞ-da bir qrup vəkil prezident olduğu gündən bu yana Trampın bir çox investisiya üzərindən xarici faktorlardan gəlir təmin etməyə davam etdiyini və bunun konstitusiya pozulması mənasına gəldiyini müdafiə edir.

Xəbər lenti
0