BAKI, 28 mart — Sputnik. "Facebook"un qurucusu Mark Zukerberq (Zuckerberq) məlumat mübadiləsi qalmaqalından sonra ABŞ Konqresində ifadə vermə dəvətini qəbul edib.
Sputnik Azərbaycan "BBC"yə istinadla xəbər verir ki, sosial media nəhəngi 50 milyon istifadəçiyə aid məlumatların təhlil şirkətlərinin əlinə keçdiyinin ortaya çıxmasından sonra ən çətin günlərini yaşayır.
Hadisə ilə bağlı üzrxahlıq mesajı yayımlayan Zukerberq üzərində ifadə verməsi üçün ictimaiyyətin təzyiqi var.
Mark Böyük Britaniya parlamentinin ifadə vermək çağırışını isə rədd edib.
Qeyd edək ki, məlumat mübadiləsi qalmaqalı Böyük Britaniya şirkət olan "Kembric Analytica"nın 50 milyon istifadəçiyə məxsus şəxsi məlumatları ABŞ-da prezident seçkilərinə təsir göstərmək üçün istifadə etməsində günahlandırmasından sonra baş verib. "Facebook"un səhmləri 16 mart tarixindən bu yana 18 faiz ucuzlaşıb. "Facebook"un məlumat mübadiləsi araşdırması çərçivəsində trilyonlarla dollara çatacaq pul cəzası ilə qarşı-qarşıya qalacağı bildirilir.