CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Politoloq: "İnkişaf sabitlik və təhlükəsizlik əsasında yaranır"

© Photo : Ağ Yol İnformasiya Agentliyi“Bizim Planet” verilişi
“Bizim Planet” verilişi - Sputnik Azərbaycan
Abunə olmaq
"İlham Əliyevin nitqində ictimai-siyasi sabitlik, təhlükəsizlik məslələri xüsusi əhəmiyyət kəsb edib"

BAKI, 27 mart — Sputnik. “Dünya siyasətinin gündəliyində dayanan əsas məsələlərdən biri təhlükəsizlikdir ki, Azərbaycan təhlükəsizliyini tam təmin edən bir ölkədir”. Bu fikirlər dövlət televiziyasında yayımlanan “Bizim Planet” verilişində gedən müzakirələr zamanı qeyd edilib. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdimatında öz tamaşaçı auditoriyası ilə görüşən “Bizim Planet” verilişinin bu dəfəki qonaqları millət vəkili, professor AMEA-nın müxbir üzvü Musa Qasımlı və millət vəkili, professor, siyasi elmlər doktoru Elman Nəsirov olub. Verilişin əsas müzakirə mövzusu Novruz bayramı münasibəti ilə keçirilən ümumxalq şənliyində Prezient İlham Əliyevin nitqi olub. Çıxışı zamanı prezidentin xüsusi qeyd etdiyi vacib məslələr ətrafında geniş diskussiyalar aparılıb. 

© Photo : Ağ Yol İnformasiya AgentliyiTanınmış politoloq Rufiz Qonaqov
Tanınmış politoloq Rufiz Qonaqov  - Sputnik Azərbaycan
Tanınmış politoloq Rufiz Qonaqov

Politoloq Rufiz Qonaqov qeyd edib ki, xalqa təbriklə müraciəti zamanı prezident İlham Əliyev xalqımızı və dünyanı düşündürən vacib məsələlərə fikrini bilirib. “Prezident öz nitqində ilk növbədə ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır” — deyə Rufiz Qonaqov İlham Əliyevin çıxışındakı bu fikirləri vurğulayıb. 

© Photo : Ağ Yol İnformasiya AgentliyiMillət vəkili Musa Qasımlı
Millət vəkili Musa Qasımlı  - Sputnik Azərbaycan
Millət vəkili Musa Qasımlı

Millət vəkili Musa Qasımlı bildirib ki, prezidentin xalq qarşısında söylədiyi nitqi məzmununa görə geniş mahiyyətinə görə çox dərindir. “Burda bir daha göstərildi ki, ölkə daxilində yürüdülən bütün siyasətin ana xəttini Azərbaycan vətəndaşının maraqları təşkil edir. Keçən yola nəzər salındı və hədəflər müəyyənləşdirildi” — Musa Qasımlı qeyd edib.

Verilişdə o da vurğulanıb ki, İlham Əliyevin nitqində ictimai-siyasi sabitlik, təhlükəsizlik məslələri xüsusi əhəmiyyət kəsb edib.

Bildirilib ki, dünyaya nəzər salsaq bu gün Azərbaycan sabit ölkələr sırasındadır. Bu sabitlik bütün sahələrdə özünü göstərir ki, bu da Azərbaycanın inkişafının əsasını təşkil edən mühüm amildir. 

© Photo : Ağ Yol İnformasiya AgentliyiElman Nasirov
Elman Nasirov - Sputnik Azərbaycan
Elman Nasirov

Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirov qeyd edib ki, məhz ictimai-siyasi sabitlik ölkənin ən böyük tarixi naliyyətidir: “İctimai-siyasi sabitliyin iki yolu var. Bunu bir neçə dəfə cənab prezident öz çıxışında qeyd edib ki, bunlardan biri inzibati yoldur. Digəri isə xalq və hakimiyyətin könüllülüyü birliyidir. Hakimiyyət iqtidar-xalq mənafeyindən irəli gəlir və bunun əsasında daxili və xarici siyasət yürüdülür. Xalq da bunu görür və həmin hakimiyyəti müdafiə edir”.

Prezident İlham Əliyev öz nitqində beynəlxalq əlaqələrin genişlənməsi, Azərbaycanın yüksək regional əməkdaşlığa təkan verən bir ölkə olması, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, VI Qlobal Bakı Forumunun qısa müddət ərzində özünə layiq yer tutması, tarixdə ilk dəfə olaraq Bakıda Azərbaycan, İran, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin birinci görüşünün keçirilməsi kimi mühüm iqtisadi, siyasi və strateji əhəmiyyətli hadisələr barəsində xalqa geniş məlumat verib. 

Заместитель исполнительного секретаря правящей партии Ени Азербайджан (ПЕА) Сиявуш Новрузов - Sputnik Azərbaycan
Siyavuş Novruzov: “Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb”

“Bizim Planet”də müzakirə edilən bütün bu məsələlərə nəzər salınaraq vurğulanıb ki, Azərbaycanın perspektivinə inam olmasaydı, bu ölkələr Azərbaycanla əməkdaşlıq etməzdilər. Bu gün ölkəmizə böyük sərmayələr gəlir, Azərbaycan artıq kapital ixrac edən ölkəyə çevrilib. Bildirilib ki, beynəlxalq aləmdə Azərbaycana böyük inam və ümidlər var. Kiçik dövlət olmasına baxmayaraq Azərbaycan dünyanı narahat edən məsələləri qanunun aliliyinə və ədalətə söykənərək həll edən beynəlxalq layihələr həyata keçirdir. Qeyd edilib ki, dünya siyasətinin gündəliyində dayanan əsas məsələlərdən biri təhlükəsizlikdir ki, Azərbaycan öz təhlükəsizliyini tam təmin edən bir ölkədir. Regional əməkdaşlıq sabitliyi gücləndirir. İnkişaf sabitlik və təhlükəsizlik əsasında yaranır ki, biz bunu qoruyub saxlamalıyıq. Bütün bu naliyyətlər Azərbaycanın gücünü və nüfuzunu göstərən amillərdir deyə, çıxış edən siyasətçilər tamaşaçıların nəzərinə  çatdırıblar.

Prezident nitqində Azərbaycanın mühüm beynəlxalq təşkilatların fəal üzvü olmasını, bu gözəl mənzərə fonunda Ermənistanın bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən çoxsaylı qərar və qətnamələr qəbul edilməsini Ermənistanın siyasi məğlubiyyəti kimi vurğulayıb. İlham Əliyev bildirib ki, Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum” heç bir ölkə tərəfindən tanınmayıb. Bu, bir daha göstərir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycanın ayrılmaz hissəsidir. 

Здание Службы государственной безопасности Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev DTX ilə bağlı sərəncamlar imzaladı

“İki il bundan əvvəl Ermənistan döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmir. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır” — deyə prezident İlham Əliyev xalqa müraciətində vurğulayıb.

Dövlət başçısının çıxışındakı bu vacib məqamlar “Bizim Planet” verilişinin müzakirələrində xüsusi qeyd edilib. Bildirilib ki, Ermənistanın siyasi məğlubiyyətinin ən böyük göstəricisi odur ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edirlər. Digər tərəfdən aprel döyüşlərindən sonra Ermənistan hakimiyyəti və xalqı dərk etdi ki, Azərbaycan əzəli torpaqlarını geri qaytarmaq gücünə və iqtidarına sahibdir. Vurğulanıb ki, məğlubiyyətə uğramış Erməistan siyasəti bir daha başa düşdü ki, işğalçılıq prinsipləri ilə heç vaxt mövcud olmaq mümkün deyil. Azərbaycan nə qədər sülhpərvər bir dövlət olsa da bir gün bu münaqişənin həllində hərbi hüquqlarından istifadə edəcək.

Xəbər lenti
0