Siyavuş Novruzov: “İnsanları öyrədirlər ki, gedin cinayət törədin”
“Biz məsələ qaldırmışıq ki, parlamentdə həm Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, həm Ümummilli liderin 95 illiyi ilə əlaqədar olaraq çox geniş bir amnistiya olsun və bu, bütün təbəqələri əhatə etsin”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
“Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb. İnsanları öyrədirlər ki, siz gedin cinayət törədin və əgər sizə qarşı hər hansı bir qanuni tədbir görüləcəksə, biz bəyanat verəcəyik və sizi siyasi məhbus kimi təqdim etməyə çalışacağıq. Bununla Avropa İttifaqı ilə bizim həyata keçirdiyimiz layihələrə əngəl törətməyə çalışırlar. Bunları nəzərə alaraq, mən belə bir ideya ortaya atmışam ki, bu adamları birdəfəlik azad edək, bu vəba xəstəliyindən birdəfəlik biz qurtaraq”,- deyə o bildirib.