Fransa prezidenti açıqladı: Terrorda 3 nəfər ölüb, 16 nəfər isə yaralanıb

© AFP 2023 / PHILIPPE WOJAZERПрезидент Франции Эммануэль Макрон, фото из архива
Президент Франции Эммануэль Макрон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Prokuror, təcavüzkarın 2014-cü ildən bəri izlənilən şəxslərin arasında olduğunu da deyib

BAKI, 24 mart — Sputnik. Fransa prezidenti Emmanuel Makron Carcassonne və Trebes şəhərlərində baş verən terrorda ölən və yaralananların sayını açıqlayıb.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, terror hadisəsi ilə bağlı keçirilən toplantıdan sonra Fransa prezidenti açıqlamalar verib. Olayın terror hücumu olduğunu ifadə edən Emmanuel Makron hücumlarda 3 adamın həyatını itirdiyini və 2-si ağır olmaqla 16 adamın yaralandığını bildirib.

Terror - Sputnik Azərbaycan
Fransada qan tökən terrorçu öldürülüb

Paris prokuroru Fransua Molins Carcassonne məhkəməsində təşkil etdiyi mətbuat konfransında hücumları həyata keçirən şəxslə birlikdə yaşayan adamın həbs edildiyini söyləyib. Bu hücumların ölkədə terror təhlükəsi səviyyəsinin azalmadığını göstərdiyini ifadə edən Molins, təcavüzkarın 26 yaşlı Mərakeş mənşəli Radouane Lakdim olduğunu təsdiq edib. Onun sözlərinə görə, hücumda istifadə olunan silahın haradan aldığına dair istintaq davam etdirilir.

Prokuror, təcavüzkarın 2014-cü ildən bəri izlənilən şəxslərin arasında olduğunu da deyib. Terrorçu 2016-cı ildə həbsxanada da yatıb.

Xatırladaq ki, terrorçu dünən Trebes şəhərində "Super U" adlı supermarketdə insanları girov götürüb. Bundan əvvəl o, Carcassonnedə bir nəqliyyat vasitəsini oğurlayıb. Nəqliyyat vasitəsində olan 2 adamdan birini öldürüb, digərini də yaralayıb. Daha sonra Carcassonedə polislərə təşkil etdiyi hücumda bir polis ağır yaralanıb. Sonra Trebesdəki supermarketdə insanları girov götürüb. Xüsusi təyinatlılar əməliyyat zamanı terrorçunu güllələyiblər.

Aksiyanın məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Xəbər lenti
0