Fransada qan tökən terrorçu öldürülüb

© AFP 2023 / PAU BARRENATerror
Terror - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb

Bakı, 23 mart — Sputnik. Fransanın Trebes şəhərində supermarketə hücum edib, insanları girov götürən terrorçu öldürülüb.

Bu barədə Fransanın daxili işlər naziri Jerar Kolon öz "Twitter" səhifəsində məlumat verib. Nazir qeyd edib ki, insanları girov götürmüş terrorçu güllələnib.

Sputnik Azərbaycan xəbər verir ki, danışıqlar nəticə vermədiyinə görə, xüsusi təyinatlı dəstələr əməliyyat keçirib və terrorçu məhv edilib.

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Xəbər lenti
0