Canlı yayımda insanın ətini kəsdilər, bişirib özünə yedizdirdilər

Abunə olmaq
"Facebook"dan canlı həyata keçirilən yayımda iki könüllü şəxsin kürəyindən ət parçası kəsilib və bişirilib

Bakı, 23 mart — Sputnik. Latviyanın paytaxtı Riqada ağılalmaz bir aksiya həyata keçirilib. Aksiyanın məqsədi isə qlobal ərzaq ehtiyatları tükənərsə, bəşəriyyətin hansı bəla ilə üz-üzə qalacağını göstərməkdən ibarət olub.

Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Ölkə şokda: Adamyeyən ər-arvad, konservləşdirilmiş insan əlləri və...

Sputnik Azərbaycan Milliyet-e istinadən xəbər verir ki, aksiyanın ilk günü Latviyada keçirilən tədbirdə "Facebook"dan canlı həyata keçirilən yayımda iki könüllü şəxsin kürəyindən ət parçası kəsilib və bişirilib. Bişən ət parçaları daha sonra insanlara yedizdirilib. 

Aksiyanı həyata keçirən şəxslərlə bağlı polis axtarışa başlayıb. 

Neştərlə iki adamın kürəyindən ət parçası kəsən adamyeyən şefin bu əməliyyatı icra edərkən hər hansı bir anesteziya üsulundan da istifadə etməməsi ilə hər kəsi heyrətləndirib. 

"Eschatology"adı verilən aksiyanın məqsədinin qlobal ərzaq ehtiyatları tükəndiyi zaman bəşəriyyətə nə olacağını vurğulamaq olduğu bildirilib. Şouda insanların yox olma təhlükəsi ilə üzləşdikləri zaman bir-birinin ətini yemək məcburiyyətində qalacaqlarını qeyd edilib.

Xəbər lenti
0